adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2015 12:51
1280
MƏMLƏKƏT
A- A+

FHN xilasediciləri 79 nəfəri boğulmaqdan xilas ediblər

2015-ci ilin əvvəlindən iyulun 7-dək Azərbaycanda boğulma təhlükəsi ilə üzləşən 79 nəfər xilas edilib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorundan bildiriblər.

Məlumata əsasən, bunlardan 38 nəfəri qeyri-çimərlik ərazisində, 41 nəfəri isə çimərlik ərazisində xilas edilib.

DSXX-nin Xilasetmə məntəqələrinin fəaliyyət göstərdiyi çimərlik ərazisində indiyədək suda boğulma hadisəsi baş verməyib.

Qeyd edilib ki, çimərlikdə istirahət edən insanlar xoşagəlməz hallarla üzləşməmək üçün bu qaydalara mütləq riayət etməlidirlər:

- Çimərlikdə 13 yaşdan aşağı uşaqları nəzarətsiz qoymaq olmaz!

- Sərxoş halda çimərlik ərazisinə daxil olmaq və çimərlikdə spirtli içki qəbul edib suya girmək qadağandır!

- Qadağan olunmuş yerlərdə çimmək olmaz!

- Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!

- Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayəti ilə istifadə hüququ verilir!

- Su hövzələrində, çimərlikdə qadağanedici xəttlərdən uzağa üzmək qadağandır!

- Çimərlik ərazisində balıq tutmaq və tor atmaq olmaz!

- Çimərlik ərazisinə qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır!

- Çimərlik ərazisində xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır!