adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyul 2015 11:27
1498
MƏMLƏKƏT
A- A+

Mingəçevir şəhəri İsrailin Afula şəhəri ilə qardaşlaşacaq

İsraildən Azərbaycana nümayəndə heyəti gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz”) Baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.

Nümayəndə heyətini tərkibinə Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin qafqaz icması ilə iş üzrə layihəsini rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərini meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev və "Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov daxildir. Qonaqların arasında israilli jurnalistlər və mədəniyyət xadimləri də var.

İsrail nümayəndə heyətinin səfər proqramında Bakının görməli yerləri ilə tanışlıqdan başqa, Mingəçevir, Gəncə, Şəki, Göy Göl və Qəbələyə səfərlər də nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində də iştirak edəcək.

Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası hədiyyə edilməsi münasibətilə tədbir keçiriləcək.