adalet.az header logo
  • Bakı 19°C
07 Iyul 2015 10:29
4079
ELM VƏ TƏHSİL
A- A+

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi isə iyulun 10-dan 14-dək aparılacaq

Bu gün 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçirilir.


TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.


Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Məlumat üçün bildirək ki, rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə bu il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 1001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlandır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcək. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvanda isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi isə iyulun 10-dan 14-dək aparılacaq.