adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyul 2015 10:27
2976
DÜNYA
A- A+

Dünyanın ən yaşlı kişisi öldü

Yaponiyada dünyanın ən yaşlı kişi sakini Sakari Momoi 112 yaşında vəfat edib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, böyrək catışmamazlığından əziyyət çəkirmiş.

Ötən ilin avqustunda Qinnes rekordlar kitabının ekspertləri rəsmi olaraq S.Momoinin dünyanın ən yaşlı kişi sakini olmasını təsdiqləmişdilər.

Sakari Momoi 1903-cü ildə Fukusima prefekturasında anadan olub. Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə, kənd təsərrüfatı kimyasına həsr edib. Bir neçə məktəbin direktoru olub.

Yaxınlarının sözlərinə görə, S. Momoi son günlərinədək zehni açıq olub, mütaliə edib, idman verilişlərini izləyib.