adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyul 2015 09:48
2566
SİYASƏT
A- A+

Deputatın pulu müsadirə olundu

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda "Siti İnvest Bank”ın ofisində apardıqları yoxlama zamanı Dövlət Dumasının deputatı Aleksey Lısyakova aid olduğu bildirilən 100 kiloqram dollar aşkarlayıblar,

Pul vəsaitləri binaya hücumdan sonra götürülüb.

İyulun 2-də Rusiya Təhqiqat Komitəsinin əməkdaşları FTX-nin əməliyyatçıları ilə bankın ofisinin yerləşdiyi 4 nömrəli evə gəliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə böyük məbləğdə dələduzluq haqqında cinayət işi çərçivəsində hərəkət ediblər.

Bankın idarəçisi onları kassa mərkəzinə buraxmaqdan imtina edib. Bir müddət danışıqlar gedib. Daha sonra həmin günün axşamı FTX-nin xüsusi təyinatlıları bankın işıqlarını söndürərək, hücuma keçiblər. Hadisə yerindən içərisində nağd pul olan bir neçə qutu – 7 milyon dollar və bir neçə milyon rubl aşkarlanıb.

Tapılmış sənədlərə əsasən, pullar Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya” Partiyasından olan deputatı Aleksey Lısyakova məxsusdur.

Dollarların ümumi çəkisi 100 kiloqrama yaxın olub.