adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Iyul 2015 13:05
2786
SİYASƏT
A- A+

Ellada Məmmədli ADR-i təriflədi

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun ABŞ-da  olması ilə bağlı təşkilat daxilində hər hansı narazılıqlar yoxdur.

Adalet.az-ın məlumatına görə, bunu Modern.az saytına hərəkat sədrinin müavini Ellada Məmmədli deyib. O bildirib ki, Qubad İbadoğlu Amerikada hərəkatı təmsil edir:

"Təbii ki, Qubad bəyin xaricdə olması təşkilat daxilində hər hansı narazılıq yaratmır. Axı niyə də olmalıdır? Qubad bəy hərəkatı Amerikada təmsil edir. Bu yalnız təşkilatın uğuru deməkdir. Hər bir təşkilat bu yöndən yalnız özünü daha xoşbəxt saya bilər ki, onun sədri onu Amerikada təmsil eləsin”.

Ellada Məmmədli qeyd edib ki, hərəkatda kifayət qədər yeniliklər var:

"Bu il yalnız hərəkatın təşkilatlanması ilə məşğul olacağıq. Hazırda həmin prosesi davam etdiririk. İndiyə kimi ekspertlərin iştirakı ilə 3 dəyirmi masa keçirmişik. Maraqlı müzakirələrin nəticəsi olaraq təkliflər paketi  hazırlanıb müvafiq orqanlara da göndərilib.

Strukturumuzu formalaşdırmışıq. Biz az zaman ərzində kifayət qədər böyük işlər görmüşük. Artıq Azərbaycanın rayonlarının 45 faizində ADR-in təşkilatları mövcuddur”.