adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyul 2015 12:57
2823
DÜNYA
A- A+

Ərdoğan nazirlərdən halallıq istəyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin toplantısında hökumət üzvləri ilə vidalaşacaq. 

Adalet.az  xəbər verir ki, Beştəpədə keçiriləcək görüşdə Ərdoğan həmçinin hökumət üzvlərindən halallıq istəyəcək.

Həmçinin Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyadakı hadisələr, sərhəddəki son vəziyyət və Türkiyənin təhlükəsiz bölgə qurmaq şansları dəyərləndiriləcək

Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib.

Əgər koalisiya hökuməti qurularsa, bugünkü görüş Ərdoğanın başqanlıq etdiyi son Nazirlər Kabineti toplantısı olacaq.

İclasdan sonra hökumət üzvlərinə iftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri Bülənt Arınç, Ali  Babacan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Mehdi Əkər,  Çalışma və sosyal Güvənlik naziri Faruk Çeliklə vədalaşacaq.