adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Iyul 2015 12:49
3027
SİYASƏT
A- A+

Əsirləri azad etməyin iki yolu var – Aqil Abbas

"Vaxt gələcək Sarkisyanın özünün də məhkəməsi olacaq. 30 ildən sonra faşistlərin başına gələnləri gec-tez Sarkisyan yaşayacaq. Onu da belə bir aqibət gözələyir”.


Adalet.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Millət vəkili Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun ermənilərdən əfv istəməməsinə münasibət bildirib. Deputat qeyd edib ki, Dilqəm əfv istəniləcək bir hərəkətə yol verməyib, öz ata-baba torpaqlarını ziyarətə gedib:

"Dilqəm niyə əfv istəməlidir ki? O, cinayət işləməyib. Cinayət işləyən şəxs əfvlə bağlı kiməsə müraciət edə bilər. Dilqəm öz evinə gedib. Öz evinə getmək nə vaxtdan cinayət hesab olunur? O, Azərbaycan torpaqlarına gedib. Ermənistanın sərhəddini keçməyib ki? Orada təxribat törətməyib. Günahsız adam əfv ərizəsi niyə yazmalıdır ki? Dilqəm həmişə ölümün gözünə dik baxır. O canından ötrü şəxsiyyətini alçaldan insan deyil”

Millət vəkilinin fikrincə, Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyin iki yolu var: "Yolun biri beynəxalq təşkilatlardan keçir. Həmin beynəlxalq təşkilatların isə yalnız adları var, özləri yoxdur. Onlar ikibaşlı oyun oynayırlar. Həmin beynəlxalq təşkilatların hamısı Azərbaycanın əleyhinə işləyən kərtənkələlərdir. Girovları azad etməyin digər yolu isə biz də ermənilərdən girov götürməli və dəyişməliyik. Bu çox asan bir yoldur”.

Qeyd edək ki, ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma "Dağlıq Qarabağ Respublikası”nın "məhkəməsinin” qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib.