adalet.az header logo
  • Bakı 18°C
06 Iyul 2015 12:42
2325
MƏMLƏKƏT
A- A+

Çaylardakı vəziyyət açıqlandı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən xəbərə görə, iyulun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 122 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 24 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub. İyulun 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 11 sm azalma, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2014-cü il iyulun 06-da 296 sm), Şirvanda 169 sm (2014-cü il iyulun 06-da 137 sm), Salyanda 85 sm (2014-cü il iyulun 06-da 66 sm), Bankədə 180 sm (2014-cü il iyulun 06-da 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2014-cü il iyulun 06-da 25 sm) təşkil edir.