adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Iyul 2015 12:41
2629
MƏMLƏKƏT
A- A+

Sabah 37 dərəcə isti olacaq

İyulun 7-də Bakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarındahavaşəraitinin yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.