adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2015 11:49
3119
DÜNYA
A- A+

Türkiyədə baş verən yol qəzasında 15 nəfər ölüb

Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

Adalet.az-ın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub. Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.

Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.