adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2015 11:39
1357
GÜNDƏM
A- A+

Azərbaycanda 18 nəfəri ilan sancdı

İyun ayı ərzində Azərbaycanda 18 nəfəri ilan sancıb.

Adalet.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancma halları əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, iyun ayında əqrəb sancması ilə bağlı 3, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub.