adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2015 10:51
2341
MƏMLƏKƏT
A- A+

Ermənilər dağlarımızı yandırdı

Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edirlər. Bu dəfə ermənilər işğal altında olan dağ massivlərinə od vurublar.   APA-nın xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Şahbulaq, Yeddixırman dağlarında güclü yanğınlar müşahidə olunur.   Qoşunların təmas xəttinə yaxın, həmçinin ermənilərin nəzarətində cəbhədən xeyli uzaq olan Göytəpə, Qaraqaşlı, Kəngərli, Salahlı kəndlərində, keçmiş Gülçülük sovxozu və Uzundərə adlanan ərazilərdə də yanğınlar qeydə alınıb.   Alovun miqyası getdikcə genişlənir.