adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2015 10:22
826
HADİSƏ
A- A+

Üç yük maşını toqquşdu

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. Hadisə  rayonun Ümid qəsəbəsinin ərazisində qeydə alınıb. İki "KamAZ” və bir "Mercedes” markalı yük avtomobilləri toqquşub.

Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb. Toqquşma nəticəsində yük maşınlarından birinin yanacağı yola dağıldığından əraziyə FHN-nin yanğınsöndürənləri də çağırılıb.

Nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hər üç avtomaşın yol kənarına çəkildikdən sonra nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.