adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2015 10:18
844
HADİSƏ
A- A+

Ötün günün yanğın hadisələri

Saatlı rayonu, Heydərabad kəndində vətəndaşa məxsus 6 ha biçilmiş taxil sahəsi və bələdiyyəyə məxsus ərazidə 9 ha sahədə kol-kos yanıb. Adalet.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı rayonu, Mulux kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 50 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Ərkivan qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 32 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göygöl şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar şəhərində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyan rayonu, Sarvan kəndində bələdiyyəyə məxsus ərazidə 30 ha sahədə quru ot və kol-kos yanıb. Digər otlaq sahələr yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı rayonu, Qızılavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 3 otaqlı evin mətbəxində döşəmə və ev əşyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 3 otaqlı evin 1 otağı, dəhlizinin tavanı 35 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Samux şəhərində bələdiyyəyə məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala rayonu, Astanlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ərazidə 16 ton ot bağlaması yanıb. Biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.