adalet.az header logo
  • Bakı 11°C
05 Iyul 2015 22:10
6035
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda Koreya kino günləri

İyulun 6–dan avqustun 15-dək ölkənin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır. 


Adalet.az-ın məlumatına görə, festival Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Festivalda 2008-2013-cü illərdə istehsalolunmuş 10 Koreya filmi nümayiş olunacaq.

Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.

İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış "Əbədi olan an" ("Forever The Moment") filmi göstəriləcək.

Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış "Ana" filminin nümayişi ilə yekun vurulacaq.