adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Iyul 2015 17:59
3409
İDMAN
A- A+

AFFA-nın etirazına Gürcüstandan cavab

AFFA Gürcüstan Futbol Federasiyasına (GFF) iyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda yerli azarkeşlərin qonaq fanatlara hücumu və Azərbaycan bayrağını onlardan alaraq təhqir etməsi ilə bağlı etiraz məktubu göndərib. 

Adalet.az-ın məlumatına görə, bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

O deyib ki, GFF-dan  faktla bağlı araşdırma aparıldığını bildirib: "Biz oyun vaxtı bundan xəbər tutduq. Hadisə ilə bağlı lazımı tədbirlər görüləcək".
 
Qeyd edək ki, cavab görüşü iyulun 9-da Qəbələ şəhər stadionunda baş tutacaq