adalet.az header logo
  • Bakı 13°C
05 Iyul 2015 13:14
1694
HADİSƏ
A- A+

Azərbaycanda 3 nəfəri ilan və əqrəb sancdı

Ağdam rayonunda son bir neçə gün ərzində üç nəfəri ilan sancıb. 


Adalet.az xəbər verir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasından report-a verilən məlumata görə, xəstəxanaya ilan və əqrəb sancması diaqnozu ilə üç vətəndaş daxil olub.

Müraciət edənlərin hər üçü cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir. Baş həkim Gülnar Abbasovun sözlərinə görə, daxil olan xəstələrin hamısına vaxtında yardım edilib.

Xəstəxanadan onu da bildirdilər ki, ehtiyyatda kifayət qədər ilan zəhəri əleyhinə dərman mövcuddur.