adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Iyul 2015 12:26
2387
GÜNDƏM
A- A+

Bu qaydada dəyişiklik edildi

Attestasiya zamanı verilən suallar və cavablar komissiyanın səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılacaq

Nazirlər Kabineti "Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edib.

 

Adalet.az-ın məlumatına görə, dəyişiklik attestasiya zamanı verilən suallar və cavablarla əlaqədardır.

 

İndiyə qədər attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılıb və attestasiya komissiyasının qərarı 30 gün müddətinə yerinə yetirilmirsə, həmin qərar öz hüquqi qüvvəsini itirib.

 

Dəyişikliyə əsasən bundan sonra attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə bərabər attestasiya zamanı verilən suallar və cavablar da bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılacaq.