adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Iyul 2015 12:21
1585
HADİSƏ
A- A+

Bakıda 3-cü mərtəbədən yıxılan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda köməyə ehtiyac olması barədə məlumat daxil olub. 


Adalet.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından yıxılaraq 1-ci mərtəbənin artırma eyvanının üzərinə düşüb və orada köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı 1-ci mərtəbənin eyvanınan düşürərək aidiyyatı üzrə təhvil veriblər.