adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Iyul 2015 10:45
6821
MƏDƏNİYYƏT
A- A+

Adıgözəlovun 80 illik yubileyi qeyd ediləcək

İyulun 28-də görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi qeyd ediləcək. 


Adalet.az-ın məlumatına görə, prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 11 fevral tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

 

Nazirlikdən AzərTAc-a bildirilib ki, tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.