adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2015 23:42
2693
GÜNDƏM
A- A+

Nazir və deputatlarımız ruslara məğlub oldu

Bu gün azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib.


Adalet.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, "Dalğa Arena”da baş tutan və saat 20:00-da başlamış oyunda qonaqlar bizim siyasilərdən ibarət komandanı məğlub ediblər.

Dostluq görüşü heç də adlandırıldığı kimi dostcasına hesabla bitməyib. Şimal qonşularımızın qapımızdan keçirdiyi 6 qolun əvəzinə bizimkilər yalnız 2 qolla cavab verə biliblər.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, "Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.