adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ABŞ-ın demokratiya illüziyası

13816 | 2012-02-22 08:39
Dünyada dərin dövlətlərin yəhudiliklə, yəhudilərlə bağlı olduğuna dair fikirlər çox geniş yayılıb. Məsələn, Amerikada hakimiyyətdə hər zaman yəhudilərin, yaxud masonların olduğuna dair iddialar hər zaman səslənir. Başqa bir iddia isə ondan ibarətdir ki, tək Amerikanı deyil, dünyanı illüminatlar yönləndirir. Bir qədər mistik təsir bağışlayan bu iddiaya görə, illüminatların təşkilatı bütün sahələrdə çox yüksək yerlər tutan şəxslərdən ibarətdir.
   
   İddialara görə, məhz bu adamlar beynəlxalq arenanın əsas oyunçularıdır. Onlar piramida şəklində fəaliyyət göstərib, dünyanın 13 ən varlı ailəsinə məxsus olduqlarına və dünyanı pərdəarxasından idarə etdiyinə inanılan "qara qüvvələrin ali təbəqəsi"nə tabedirlər. Məhz bu təbəqə prezidentlər və hökumətlər üçün yazılmamış qanunlar müəyyənləşdirirlər. Onlar ictimai diqqətdən kənarda olmağa çalışdıqları üçün fəaliyyətləri gözə görünmür. Beynəlxalq bankların, neft biznesinin, ən böyük sənaye müəssisələrinin, ticarət obyektlərinin onlara məxsus olduğu, bir sıra ölkələrdə hökumətlərin və siyasi qüvvələrin çoxuna illüminatların nəzarət etdiyi bildirilir. Belə iddialar var ki, Amerikada prezidentin kim olacağını məhz illüminatlar müəyyənləşdirir. Onlar birbaşa prezident təyin etmirlər, sadəcə, "seçilməsi məsləhət olan" namizədə güclü maliyyə dəstəyi verirlər, digər tərəfdənsə, siyasi-ictimai dairələrdə, mediada, iş çevrələrində və başqa sahələrdə olan rıçaqlarından onun xeyrinə istifadə edirlər. Bu zaman lazım gəlsə, fırıldağa da əl atırlar - kiçik Buşun Floridada Qor üzərindəki "qələbəsi"ni təmin etmək kimi. Əslində illüminatlara seçkilər lazım deyil, sadəcə, onlar bununla insanlarda nələrinsə onlardan da asılı olduğuna dair duyğular yaradırlar.
   
   Bəzi iddialara görə, Amerikada hakimiyyət siyasətçilərin yox, illüminatların nəzarətindədir. Aparıcı prezidentliyə namizədlər hər zaman 13 illüminat ailəsinin sıralarından seçilir. Prezident Corc Buşun da illüminat ailəsinə mənsub olduğuna dair iddialar var idi. Doğrudur, bunu bəzən masonluqla da eyniləşdirirlər və Buşun mason ailəsinə mənsub olduğunu deyirlər, amma illüminat masonluğu da içərisinə alan daha böyük anlayışdır. Bu 13 ailənin mövcudluğu barədə məlumatları ilk dəfə İllüminat Ordenini tərk edən illüminatlar veriblər. Həmin bilgilərə inansaq, Amerikanı və dünyanı bu ailələr idarə edir: Astor, Bundi, Kollins, Du Pont, Freenman, Kennedi, Li, Onassis, Rokfeller, Rotşild, Rassel, Van Duyn və bütün Avropa kral ailələrini içərisinə alan Merovinqian ailələri. Daha dörd məşhur ailənin də "13-lər"lə bağlılığı olduğu bildirilir. Bunlar Reynold, Disney, Krupp və Mak Donald ailələridir. Əsas xəttə - "13-lər"ə bağlı olan yüzlərlə başqa ailələrin də olduğu bildirilir. İllüminatların şeytanın xeyirxah olduğuna inandıqları deyilir. Onlar "problem-reaksiya-qərar" mexanizmiylə çalışırlar. Qərb mətbuatında zaman-zaman hətta BMT, Avropa Birliyi, Dünya Bankı kimi quruluşların da illüminatların, yaxud masonların nəzarətində olduğuna dair iddialar dərc olunur.
   
   Hazırda illüminatların ən məşhur qruplarından biri bilderberqerlər sayılır. Qrupun toplantıları hər il bir gizli yerdə keçirilir. Toplantılara ayrı-ayrı ölkələrin siyasi liderləri də dəvət olunur. Klub Qərbi Avropa, ABŞ və Kanadanın ən yüksək maliyyə dairələrini təmsil edən 120 nəfərdən ibarətdir. Qrupun məqsədi 2012-ci ildə "dünya dövləti" və BMT-nin himayəsində dünya ordusu yaratmaqdır. Bilderberq qrupunu "görünməyən dünya dövləti", yəni dünyanın "dərin dövləti" adlandırırlar.

TƏQVİM / ARXİV