adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Iyul 2015 18:56
5147
KRİMİNAL
A- A+

Bakıda məhbusdan narkotik götürülüb

Bakıda həbsxanada cəza çəkən məhbusda narkotik vasitə aşkar edilib.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar 

Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Həmin müəssisədə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsi ilə cəza çəkən 1977-ci il təvəllüdlü Mahir Cabir oğlu Novruzovun dolabından narkotik vasitə sayılan heroin götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.