adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2015 16:57
2565
MƏMLƏKƏT
A- A+

FHN Salyanda regional seminar - müşavirə keçirib

İyulun 3- də Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Salyan Rayon İcra Hakimiyyətində "2015-ci ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi" mövzusunda seminar-müşavirə keçirib.

FHN-dən verilən məlumata görə, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Etibar Hüseynov və komissiyanın üzvləri, Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov və Mərkəzin əməkdaşları, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, bələdiyyə sədrləri, rayon Təhsil şöbəsinin rəhbər işçiləri, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Su-kanal idarəsinin nümayəndələri iştirak edib.

T. Müseyibov FHN-nin yaradılmasından ötən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışmış, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

M. Piriyev Salyan rayonu ərazisində mövcud olan su hövzələri ətrafında aparılan monitorinqlərin nəticələrindən danışıb, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarına təbliğat xarakterli materiallar paylanıb.