adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Iyul 2015 15:54
4051
MARAQLI
A- A+

Selfi çəkdirərkən körpüdən yıxıldı

Moskvada gənc bir qız selfi çəkdirərkən körpüdən yıxılaraq ölüb.


Adalet.az-ın "İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanındakı mənbə məlumat verib.


Onun sözlərinə görə, faciə Moskvanın mərkəzindəki Testovskaya küçəsində saat 0:20 radələrində baş verib. Qızın körpüdən yıxılmasına səbəb körpünün qurma səddində nasazlığın olması olub. Görünür, qız selfi çəkdirərkən ora söykənmək istəyib.


Daxili İşlər Nazirliyinin Moskva üzrə İdarəsindən isə deyirlər ki, qızın hündürlükdən yıxılmaqla xarakterizə olunan zədəli meyiti tapılıb.


Qeyd edək ki, may ayında qızların niyə belə çox selfi etmək istəklərinin olduğu ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, qadınlar həftənin 5 saatını selfi çəkdirməyə sərf edirlər.

Sorğuda ümumilikdə 16-25 yaşlar arasında 2 min gənc qız iştirak edib. Belə ki, keyfiyyətli şəkil çəkdirmək üçün onların 1 saata yaxın vaxtı gedir. Bura makiyaj, geyim və işığın tərtibatı da daxildir. Orta hesabla 7 kadr çəkilir və onlardan bir şəkil minimum iki sosial şəbəkəyə yüklənir. Hər bir fotosessiya 16 dəqiqə çəkir və gün ərzində qızlar 3 sessiya edirlər.


"feelunique.com” şirkətinin nümayəndəsi Nyubi Hends deyir ki, selfi düşkünlüyü narsisizm, yəni özünə sevgi əlaməti deyil, əksinə, insanların öz ideyalarını bölüşmək üçün yeni bir metoddur.