adalet.az header logo
  • Bakı 17°C
04 Iyul 2015 14:10
2745
MƏMLƏKƏT
A- A+

İxtisas seçimi başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. 


Adalet.az  TQDK-ya istinadən xəbər verir ki, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər rin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. 

11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. 

V qrup üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanı üzrə şərtlər və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Müsabiqə şərtlərini ödəyən abituriyentlərin nəzərinə çatdırılır ki, kimin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilə bilməz. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.

Qeyd edək ki, adıçəkilən istiqamətlər üzrə qəbul imtahanı 2 iyul tarixində keçirilib. Ötən gün isə imtahanların nəticələri elan olunub. İmtahan nəticələri ilə TQDK-nın internet saytında (www.tqdk.gov.az) və ya iş nömrənizi ( buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərsiniz.