adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyul 2015 13:05
4063
DÜNYA
A- A+

Diktatordan qaçan general Rusiyaya müraciət etdi

Şimali Koreyanın generalı Pak Sın Von Rusiyadan keçərək, üçüncü dövlətin ərazisinə qaçıb. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, Bu barədə Cənubi Koreyanın "ChannelA" televiziyası məlumat yayıb.

General Moskvada səfərdə olarkən üçüncü dövlətin səfirliyindən siyasi sığınacaq istəyib. Generalın qaçmasına səbəb isə Şimali Koreyada dağ-xizək bazası tikintisi rəhbərlərindən birinin bu yaxınlarda edam olunması göstərilir. Tikinti ölkə diktatorunun xoşuna gəlmədiyi üçün onu həyata keçirən rəhbər işçilərin öldürülmə ehtimalı var. Həmin obyektin tikintisində Pak Sın Von da iştirak edib.

Generalın sığındığı ölkənin adı açıqlanmayıb. Şimali Koreya rəsmiləri isə Pak Sın Vonun qaçması ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Pak Sın Von Şimali Koreyanın Rusiyadakı səfirliyində işləyib, onun qızının isə Moskva universitetlərindən birində təhsil aldığı bildirilir.