adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyul 2015 12:58
3150
SİYASƏT
A- A+

Seçici siyahıları ilə bağlı işləri yekunlaşdırıb - MSK

"Mərkəzi Seçki Komissiyası  bütün seçici siyahıları ilə bağlı işləri yekunlaşdırıb. Yəni seçicilər öz adlarını siyahıda olub-olmadığını elektron qaydada dəqiqləşdirə bilərlər". Bunu MSK katibliyinin müdiri Rövzət Qasımov deyib. Onun sözlərinə görə, növbəti mərhələ aşağı seçki komissiyaların seçkilərə texniki hazırlığı ilə bağlıdır: "Belə ki, Mərkəzi Seçki Komissiyası ilin əvvəlində müvafiq planlar əsasında lazımi addımlar atmışdır. Nəticədə aşağı seçki komissiyaların iş şəraitinin öyrənilmiş, monitorinqlər həyata keçirilmişdir. Eyni zamanda təkmilləşdirməyə ehtiyac duyulan məsələlərlə bağlı müəyyən addımlar atılmışdır. Bu addımlar həm komissiyaların maddi-texniki təchizatı, həm də onları iş şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olub”.