adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AZƏRBAYCAN SƏYAHƏTiMiZ - 5

SEYFƏDDİN ALTAYLI
46383 | 2012-02-18 09:10
"Yalnız sənin tatlı əsən havanda
   
   Kəndi milli qururumu sezərim.
   
   Yalnız sənin dağında, ya ovanda
   
   Başım göktə, alnım açık gəzərim"
   
   
   
   Orhan Seyfi Orhon
   
   
   
   Azərbaycan səyahətimizdə gözəl bir günü yaşayırıq. Türkiyə Cümhuriyyətinin elan edildiyi 29 Oktyabr günü, Gülüstan Sarayında təşkil olunan tədbirdə Bakıdakı səfirimiz Hulusi Qılıc bəyin yolladığı dəvətnamə ilə iştirak edirik. Hulusi bəylə bir il qabaq tanış olmuş və qısa bir söhbət imkanı tapmış, o söhbətdə ürəyim özünə isinişmişdi. Türkiyənin Azərbaycana yolladığı qiymətli dövlət adamlarından biridir Hulusi Bəy. Azərbaycan xalqı və Azərbaycanlı idarəçilərlə qaynayıb-qarışıb. Ürəyi, öhdədar olduğu məsuliyət və qardaş sevgisiylə doludur. Tanrı bu cür kadrlarımızın sayını artırsın və onların köməyi olsun, daim nailiyyətə çatdırsın. Onun kimi şəxsiyyətlərimizin uğuru sadəcə olaraq özlərinin və ya Türkiyənin deyil, eyni zamanda Türk dünyasının da uğurudur.
   
   Tədbirdə iştirak edən Azərbaycan dövlət xadimlərinin deyilə bilər ki, tamamını yaxından tanıyıram, hamısıyla dostuq. Ürəyi Tanrı dağı böyüklükdəki əziz dostum əli Həsənovla burada da görüşüb qısa da olsa söhbət edirik. Azərbaycanın müstəqillik prosesində tanış olduğum və əbədi olaraq bir-birimizdən qopa bilmiyəcəyimiz əziz qardaşım Fərəc Ulusoy, Azərbaycanın populyar şəxsiyyəti, istəkli qardaşım Aqil Abbas, Prof. Dr. Musa Qasımlı, Türk dünyasının görkəmli yazıçısı əziz dostum Anar Bəy, istəkli həmkarım Akif Aşırlı, Fazil Güney, qədim dostum Sabir Rüstəmxanlının həyat yoldaşı hörmətli Tənzilə Rüstəmxanlı, Gültəkin Xanım Hacıyeva və istəkli qardaşım Qəzənfər Bayramoğlu, adını çəkə bilmədiyim dostlarla görüşüb söhbət edirik. Qəzənfər Bəy, ədalət qəzetindəki yazılarımı maraqla oxuduğunu, məqalələrimin tarixi həqiqətləri əks etdirdiyini söyləyir. Zarafatla, "istəyirsən bundan sonra Ekpres qəzetinə gəlim" dedikdə, gülür və "Aqil Abbas bizim böyüyümüzdü, ağsaqqalımızdı və mənim də çox sevdiyim, hörmət etdiyim bir şəxsiyyətdir, onun təsis etdiyi və həyat yoldaşı hörmətli İradə xanımın baş redaktorluğunu elədiyi qəzetin bir yazıçısını ayırıb onları incidərəmmi heç!ə Onsuz da zarafat elədiyini bilirəm, səni yaxşı tanıyıram"-deyir.
   
   Qəzənfər Bəylə 1990-cı illərdə, əziz dostum Mövlud Süleymanlının baş redaktorluğunda çap olunan "Oğuz Eli" qəzetində işləyərkən tanış olmuşduq. O vaxtdan üzübəri də dostluğumuz günü-gündən möhkəmlənir. Söhbətimizdə o illərdə birlikdə işlədikləri Balasadıq müəllimi yada salır hər ikimiz də ruhuna dua oxuyuruq. Allah rəhmət eləsin, çox gözəl bir insandı Balasadıq bəy, vətəninə, millətinə vurğunluq dərəcəsində bağlı idi. Müqəddəs kitabımız Quranda buyurulan, "hər canlı ölümü dadacaqdır" ayətini xatırlayıram. Vaxtı gəlib çatan və bu dünya ilə əbədilik vidalaşan bir çox dostumun siması, söhbətləri, gəlib bir sinəma pərdəsi kimi gözümün qabağından keçir. Ulu Tanrı hamısının məkanını cənnət eləsin, hamısı Azərbaycanı müqəddəs bir sevgi ilə sevirdilər.
   
   Bəli, mövzu cümhuriyyət bayramı olanda da Atatürkün böyüklüyü, tayı bərabəri olmayan silahdaşlarıyla yaratdığı Türkiyə Cümhuriyyətinin həm Türk dünyası, həm də bölgə və insanlıq üçün öhdəsinə götürdüğü sülhpərvər məsuliyət, Azərbaycanla olan əzəli və əbədi qardaşlığı bütün dostlarımızla etdiyimiz söhbətlərin birinci mövzusu olur. Tanrı, bu qardaş dövlətlərin və xalqların arasındakı dostluğun və bir-birlərinə duyduqları məhəbbətin əbədiyyətə kimi azalmasına icazə verməsin. Bayram tədbiri gecənin oğlan çağına kimi davam edir. Evə getmək vaxtı Gülüstan Sarayının pilləkənlərində dayanıb bir müddət Xəzərin üzündə əks edən işıqlara tamaşa edirik. 1988-ci ildə gəldikdə də bu sarayda olmuşduq. O gün Tanrıya dua etmiş və bir gün gəlib burada müstəqillk atmosferinin hökmran olmasını istəmişdim, çox şükür, Tanrı dualarımızı qəbul elədi və burada qardaş Türkiyənin cümhuriyyət bayramı tədbiri keçirilir, bundan daha böyük xoşbəxtlik olarmıə! Allah yerini behişt eləsin, o vaxt əziz dostum Hacı Hacıyev bizi bura gətirmiş və unudulmaz bir axşam keçirmişdik. Kimlər gəldi, kimlər getdi..! Yalan dünya, yalan dünya..!
   
   Səhərisi gün günorta çağı əziz dostum, Folklor İnstitutunun sədrliyini təzəcə özgə bir dostum Muxtar İmanova təhvil verən Prof. Dr. Hüseyn İsmayılov Bəyin qonağı oluruq. İstəkli oğlu Səbuhi Bəy bizi alıp evlərinə aparır. Hüseyn Bəy, mehriban həyat yoldaşı Nəzifə Xanım, istəkli qızı Səkinə Xanım və həyat yoldaşı Müşfiq Bəy bizi qarşılayır. Nəzifə Xanımla Səkinə o qədər əziyət çəkiblər ki, düzünü deyim onlara verdiyimiz bu əziyyətə görə ikimiz də narahatçılıq hissi keçiririk. Azərbaycan insanı belədir də, evinin ən gözəl otağını qonaq üçün bəzəyir və ora əl vurmur, yeməyin ən gözəlini, ən əziyyətlisini bişirir, evində ən gözəl şey nə varsa hamısını qonaq üçün hazırlayır, belə bir xalq vallah dünyanın heç bir yerində yoxdur. Bu dildə işlənən "Allah qonağı" ifadəsinə ayrı bir dildə rast gələ bilməzsiniz.
   
   Oturub saatlarla söhbət edir, keçmişləri yad edirik, ancaq "ömür qısa, yol uzun" ifadəsi yuxarıdan bizə səslənib, "durmaq vaxtıdır" deyir. Bizi gözləyən ayrı dostlarımız, maraqlı söhbətlərimiz var. Hüseyn Bəy, Nəzifə Xanım, Səkinə Xanım və Müşfiq Bəylə sağollaşırıq, Səbuhi bizi götürüb Müzəffər Talıblı Bəyin evinə aparır. Ancaq ürəyimiz Hüseyn Bəyin ocağında qalır.
   
   Müzəffər Talıblı ilə dostuq deyə bilmərəm, biyoloji ata və analarımız ayrı olsa da mənəvi olaraq qardaşıq. Atası İslam dayı, hörmətli həyat yoldaşı Rübabə xanım, qızları Havva və Leyla və oğlu Atilla sözlə ifadə edə bilmiyəcəyim bir sevinclə bizi qarşılayır. Atilla ilə söhbətimiz yaman tutur, çünkü ikimiz də Beşikdaşlıyıq, görüşərkən, "Seyfəddin əmi, bu il çempiyon olacayıq inşallah" deyir.
   
   Evdə sadəcə olaraq xanə xalqı yoxdur. 1988-ci ildə bulvardakı çayxanada oturub çay içərkən Türkiyədən gəldiyimizi eşidən kimi sevincək gəlib bizimlə tanış olan və o gündən üzübəri dostluğumuz anbə an möhkəmlənən istəkli qardaşım əhməd Oğuz, özgə bir qardaşım Ramiz əsgər, həyat yoldaşı hörmətli Solmaz Xanım, istəkli qızları Leyla, ailəvi dostumuz Fazil Sadıqov Bəy də buradadır. Bu qədər dostu, qardaşı bir araya yığan Müzəffər Bəyə təşəkkür etməkdən başqa əlimdən heç nə gəlmir. Yenə gecə yarıya kimi söhbət edirik və daha çox üstündə dayandığımız məsələ Türk dünyasının birliyi nə cür yaradıla bilər, bizlərin öhdəsinə nə düşür, Azərbaycan ilə Türkiyənin arasını vurmaq istəyən qüvvələr indiyə kimi hansı metodlardan istifadə ediblər, onlara qarşı biz hansı tədbirləri görmüşük, indən belə nələr etməliyik və s. Allah rəhmət eləsin ustad Şəhriyarın bu misrası gəlib yadıma düşür.
   
   "Cahan tikanlığının varsa bir ətirli gülü,
   
   Odur məhəbbət! əziz tut məhəbbəti, ey dost"
   
   Oktyabrın 31-i günü Fatma yenə əziz Xanımla Nizami Muzeyinin yanında görüşüb ayrılır, mən də Elmlər Akademiyasına üz tutub İmamverdi Həmidov Bəylə görüşürəm. İmamverdi Bəy, həddən artıq diqqətcil, hörmətli bir insandır, hər gələnə qulaq asır, yol göstərir, işlərinə kömək olur və hamını səbrlə dinləyir. Bunun özü də böyük bir üstünlükdür, Tanrı hər kəsə bu cür səbr və dözüm vermir. Bir çayını içib tezliklə dururam, çünkü özgə görüşlərim var. Axşam Nizami ədəbiyyat İnstitutunun direktor muavini, istəkli qardaşım Prof. Məhərrəm Qasımlı Bəyin qonağıyıq. Ordan çıxıb Nizami Muzeyinə üz tuturam və Qafar Çaxmaqlı ilə Nizaminin heykəlinin yanında tapışıb muzeyə gedirik. Muzeyin direktoru və millətvəkili dostum Rafael Hüseynov ilə görüşümüz var. Rafael Bəyin adıyla və qələmiylə 1988-ci ildəndir tanışam, o vaxt gəldikdə dostlarımız onun "Vaxtdan Uca" adlı əsərini qızılı mürəkkəblə yazıb bizə hədiyyə etmişdilər. Rafael Bəyin qələmi həddən artıq iti və rəvandır. Məclisdə işləri olduğundan görüşümüz qısa çəkir və bir çayını içib dururuq.
   
   Ordan çıxıb Folklor İnstitutuna gedib dostum əziz ələkbərli ilə görüşürəm. əziz Bəy, Azərbaycan üçün maraqlı və unudulmaz işlər görür. Qərbi Azərbaycanda qalan abidələrimizi nəfis şəkildə çap etdirməsi, Qərbi Azərbaycanla bağlı maraqlı əsərləri onun adını ədəbiyyatçılarımızın sırasında qızıl hərflərlə həkk edib, Tanrı güc-qüvvət və bol energi versin ki, daim yazıb-yaratsın.
   
   Dostum əli Şamil ilə birlikdə çıxıb Fantan Bağına sarı düşürük. Bu parkın Sovetlər Birliyi vaxtındakı vəziyyəti ilə indikini müqayisə edirəm və görürəm ki, arada yerlə göy qədər fərq var. Park, cənnətdən bir guşəyə çevrilib. Ona bu cür əmək verənlər, verdirənlər var olsun. Bu əməklər də Bakının çöhrəsini dəyişdirir, ona zinət verir və bu şəhərə gələnləri özünə valeh edir ki, təkrar gəlsin. Şair əbəs yerə deməyib, "cənnət görmək istəyən Azərbaycana gəlsin". Kaş parkın yanındakı o göydələn tikilməyəydi, buranın gözəlliyinə xələl gətirir. Parkda yoldaşım Fatma ilə görüşürük və Məhərrəm Qasımlı Bəy bizi götürür, onlara gedirik.
   
   Məhərrəm Bəy yalnızca Azərbaycanın deyil Türk dünyasının görkəmli bir alimidir. Hörmətli həyat yoldaşı Yeganə Xanım Naxçıvanın Ordubad rayonundandır, biraz da bizə həmyerli sayılır, çünkü İydirlə Ordubadın arası bir nəfəslik yoldur. Kiçik qızları Ləmanın nişanında mən də iştirak etmişdim və möhtəşəm bir mərasim keçirilmişdi, Tanrı xoşbəxtliklərini daim etsin.
   
   Məhərrəm Bəylə gecənin gec vaxtına kimi söhbət edirik. Yenə mövzu Azərbaycan-Türkiyə münasibətləri, iki dövlətin təlim-təhsil qurumları arasındakı əlaqələr daha yüksək səviyyəyə nə cür çıxarıla bilər, işğal altındakı torpaqlarımız, rusların ermənilərə etdikləri köməklik, diasporanın dağınıqlığı, Türkiyə və Azərbaycan diasporlarının Avropa və Amerikada bir araya gəlib güclü bir təşkilat yarada bilməməsinin əsas səbəbləri, bütün bunlar söhbətimizin mövzusu olur. Vaxt qurtarır və biz yenə yola düşürük. Sağ olsun, Məhərrəm Bəy bizi düz evə kimi aparıb qayıdır.
   
   Səhərisi gün dostum Rəşid Bəy yenə ertədən zəng vurur, "bir probleminiz olar, çatışmaz nə vardırə" deyə sual verir. əslində narahatçılıq keçirən özüdür, çünkü qızı Səbinənin toyu onun ilk mürüvvətidir, o duyğuları biz yaşamışdıq və nələr hiss etdiyini yaxşı başa düşürük. "Biz sizin üçün nə edə bilərik qardaşə" deyirəm, gülür, "toyda yaxşı oynayın bəsimizdir" deyir, sağollaşırıq.
   
   Bakı Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayevə zəng çalıram. Nəsir Bəy, Azərbaycana səmimi qəlbdən yanan bir oğludur, həm də nə oğlu. Azərbaycana gələrkən hələ Rizə şəhərinə çatanda zəng vurmuşdu ki, "Təbrizi nişanladıq, gəlinimə bir Türk bayrağı gətir". Onun xahişini yerinə yetirmiş, Ankarada olarkən də telefonda bəzi kitabları istəmişdi hamısını gətirdiyimi deyirəm, həddən artıq sevinir.
   
   Nəsir Bəylə, Xalq Cəbhəsinin 1991-ci il qurultayında tanış olmuşduq. O vaxt Cəbhə üçün böyük işlər görmüşdü. Türklüyə könüldən vurğun bir qardaşımızdır Nəsir Bəy, ancaq düçar olduğu əzələ əriməsi xəstəliyi onun xalqımız və Azərbaycanımız üçün daha böyük işlər görməyinə bir növ əngəl törədib. Deməli qədərin hökmü belə imiş, o öhdəsinə düşəni edib və qurtarıb. Hər bir kəs, Tanrı tərəfindən özü üçün biçilən məsuliyyəti yerinə yetirir, artığı ola bilməz. Bir xeyli söhbət edirik. "Nisan ayında təkrar Bakıya gələcəyəm indidən nə istəyin vardırsa de, qardaş" deyə müraciət edirəm. "Mən, Türklüyümlə nəfəs dərirəm, mədəniyyətimizlə, tariximizlə bağlı kitablar gətir. Gətirdiyin kitabları oxuduqca gözümün qabağında bir vaxtlar gördüyüm Türkiyəmiz canlanır, onu yaradan Atatürk canlanır, Allah ona və silahdaşlarına rəhmət eləsin. Türkiyəmiz, Türk dünyasının qibləgahıdır, onun yeganə ümididir, Tanrı onu bütün bəlalardan hifz eləsin. İnşallah aprel ayında gələndə səni təkrar görüb bağrıma basmaq istəyirəm, bilmirəm Tanrı mənə o günə qədər ömür verəcəkdir miə" deyir.
   
   "Nəsir Bəy, o gün gəlib görüşəcəyik və doyunca söhbət edəcəyik, sizi çox yaxşı tanıyıram və öz qardaşım kimi istəyirəm, ürəyinizdəki Türklük sevvgisinin ülviliyinin fərqindəyəm, onu Türkiyəyə hər gedişimdə dostlarıma danışıram, bizim də ürəyimiz sizin üçün, Azərbaycanımız üçün döyünür, Tanrı bu qarşılıqlı sevgini bizlərə çox görməsin" deyirəm.
   
   Azərbaycan 1828-ci ildə ikiyə bölündü. 1918-ci ildə rusların və amerikalıların, ingilislərin dəstəklədiyi ermənilər həm Qüzey Azərbaycanda, həm də Güney Azərbaycanın Urmiyə, Xoy, Salmas, Sulduz və digər bölgələrində qətliamlar həyata keçirdilər. Osmanlı dövləti isə o vaxtlar artıq can üstə idi, buna baxmayaraq Qafqaz İslam Ordusu adıyla bir ordu yaratdı və Azərbaycanlı könüllülər də o ordunun səflərində iştirak etdilər. Azərbaycanın hər iki yaxasında imperialistlərin dəstəklədiyi terrorist-vəhşi ermənilərə lazımi cavab verildi və həyata keçirdikləri qətliam axıra çatdırıldı, Azərbaycan torpaqlarından çıxarılaraq gəldikləri yerə kimi qovuldular. İnanmırsınız gedin qulağı kəsik Antranikdən soruşun. O vaxtlar Qüzey Azərbaycanda olan ziyalılar təbəqəsi bu fürsəti həddən artıq yaxşı qiymətləndirdilər və mərhum Məmməd əmin Rəsulzadənin rəhbərliyində Azərbaycan Cümhuriyyəti Dövlətini yaratdılar. Güney Azərbaycandakılar isə ayaqlarına kimi gəlmiş bu fürsəti bada verdilər.
   
   Güneyin uğursuzluğu, qapaz altda qalmışlığı məsələsi daim fikrimi məşğul etmişdi. Apardığım araşdırmalarda bu problemin cavabı bütün çılpaqlığı ilə qarşıma çıxdı. Qüzey Azərbaycanda o vaxtlar dörd milyona belə çatmayan əhali vardı, Güneydə isə on üç milyondan artıq. Yəni Güney, Qüzeyin üç qatındakı insan qüvvəsinə, bir potensiyal gücə malik idi. Yaxşı, Güney niyə ən sadə mədəni hüquqlarını belə müdafiə edə bilmədi, əlindəki hakimiyyət cilovunu saxlaya bilmədi, hətda dili belə yasaqlandı. Mərhum şairimiz Səhənd;
   
   "Anadan doğulandan belə
   
   Özüm bilmiyə-bilmiyə
   
   Dil açıb danışdığım dildə
   
   Danışmağım da yasaq imiş, yasaq" şəklindəki hayqırışlarını elə-belə hamıya çatdırmamışdı axı! Bugün qüzeydə yaradılan Azərbaycan Cümhuriyyəti dünyanın müstəqil dövlətlər ailəsində özünə məxsus şərəfli yerini işğal edir. Otuz beş milyonluq Güney Azərbaycan Türklüyünün hələ də öz ana dilində bir məktəbi belə yoxdur. Bu niyə belədir görənə! Bunun günahkarı kimdirə!
   
   Azərbaycanın qüzeyində dövlətin qurulmasını təmin edən ölməz şəxsiyyətlər vardı. Məmməd əmin Rəsulzadə, əli Bəy Hüseynzadə, əhməd Ağaoğlu, əli Mərdan Bəy Topçubaşı, Nəsib Bəy Yusifbəyli, Gültəkin, əhməd Cavad, Hüseyn Cavid, Nəriman Nərimanov və digərləri. Rusların, kommunimzm pərdəsi altındakı bütün təzyiqlərinə baxmayaraq Məmməd əmin Rəsulzadə və silahdaşlarından təhvil alınan üç rəngli müqəddəs bayrağı nəinki öz ömrünü, nəsli-nəcabətinin belə ömrünü bada verərək daşıyanlar vardı. Hüseyn Cavidlər, Gültəkinlər, əhməd Cavadlar, Məmməd Arazlar, Bəxtiyar Vahabzadələr kimi tarixi fenomənlər vardı. əbülfəz Elçibəy, Heydər əliyev kimi görkəmli dövlət xadimləri vardı. Onların mirasçıları bugün təhvil aldıqları bayrağı daha da yüksəklərə sancmanın cəhdindədilər və onlar bunu başaracaqlar. Güneydə dünyaya gəlib, o mədəniyyət içində yetişib, xarici ölkələrdə oxuyub ziyalananların əksəriyəti vətənə qayıtmırlar. Qüzeylə Güney arasındakı ən böyük fərq buradadır məncə. əhməd Cavad, Hüseyn Cavid, Gültəkin və onlar kimi şəxsiyyətlərimiz vətəndən qaça bilər, canlarını xilas edə bilərdilər. Ancaq onlar, yalnızca öz canlarını xilas etməyi xəyallarına belə gətirmədilər, firavan və asudə bir ömür sürməyi əsla fikirləşmədilər. Gedib Sibirin buzlu cəhənnəmində kimsiz-kimsəzi can verdilər və ya qondarma məhkəmələr vasitəsilə kəsilən işlərlə güllələndilər, şəhid oldular, övladları, qohum-əqrəbaları təsvir edilə bilməyəcək işgəncələrə, izdirablara məruz qaldılar, ancaq Tanrı onların bu izdirablarının mükafatını mirasçılarına artıqlamasıyla verdi. Bugün Azərbaycan Cümhuriyyəti müstəqil və üç rəngli müqəddəs bayrağı isə Azərbaycan səmalarında nazlı-nazlı dalğalanmaqdadır.
   
   
   
   "Dalğalan sən də şəfəqlər gibi ey şanlı hilal
   
   Olsun artıq tökülən qanlarımın həpsi həlal
   
   əbədiyən sənə yox, irqimə yox izmihlal
   
   Haqqıdır hür yaşamış bayrağımın hürriyət
   
   Haqqıdır, Haqqa tapan millətimin istiqlal"
   
   
   
   Məmməd Akif Ərsoy

TƏQVİM / ARXİV