adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyul 2015 12:57
5776
MƏDƏNİYYƏT
A- A+

Naxçıvan xalq teatrları festivalının qalibləri açıqlandı

Naxçıvanda keçirilən xalq teatrları festivalı başa çatıb. Festivalda Babək Rayon Xalq Teatrı I-ci, Şərur Rayon Xalq Teatrı II-ci, Şahbuz Rayon Xalq Teatrı III-cü yerə layiq görülüb. Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub.

Qeyd edək ki,  festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını göstərib. Tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbuhi Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvanın əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevdir.