adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyul 2015 12:19
3042
MƏMLƏKƏT
A- A+

Qəzaya düşənlər üçün 2 variant

Azərbaycanda avtomobilə dəyən zərər "Auditex” sistemi vasitəsilə hesablanan zaman xərclər hər iki variantı əhatə edəcək. Yəni sistem həm ehtiyat hissələrinin dəyişdirilməsi, həm də təmiri varinatını təklif edəcək. Fins.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar” mövzusunda seminarda "Audatex Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə deyib. Onun sözlərinə görə, bu halda hansı variantın seçilməsinə müştəri, yəni sığorta şirkəti qərar verəcək: "”Siz istəsəniz onu təmir etmək olar, amma bu zaman təmirə çox vaxt gedə bilər. Dəyişəndə isə vaxt itkisi az olur. Ona görə də biz qiyməti həm təmirə görə, həm də əvəzləməyə görə hesablayırıq”. Şirkət nümayəndəsi bildirib ki, gələcəkdə sistemə yeni müqayisə funksiyası da əlavə ediləcək. Bu funksiya ehtiyat hissəni dəyişdirmək və ya təmir etmək arasında ən yaxşı variantı seçməkdə müştəriyə kömək edəcək.

Ehtiyat hissələrinin qiyməti aşkar olacaq

Yeni sistemin tətbiqi ehtiyat hissələrinin seçimini də asanlaşdıracaq. Belə ki, "Audatex Azerbaijan”ın icraçı direktoru bildirib ki, sistem işə düşdükdən sonra məlumat bazasına Azərbaycandakı ehtiyat hissələrin qiymətləri də toplanacaq. Burada ehtiyat hissəsinin hansı satıcıda hansı qiymətə olması göstəriləcək: "Bundan sonra siz müəyyən edəcəksiniz ki, ehtiyat hissəni hansı mağazadan alacaqsınız. Üstəlik, sistem bir məlumat da verəcək ki, anbarda bu ehtiyat hissə varmı?”.