adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyul 2015 11:38
3055
MƏMLƏKƏT
A- A+

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı iyulun 30-da keçiriləcək.

 

Bu barədə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumata verilib.

 

Həmin tədris müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəzərinə çatdırılır ki, imtahana buraxılış vərəqələri iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.