Artıq həftə sona çatdı. Daha doğrusu, sonuncu günü yaşayırıq və siz də bu sonuncu gündə yəqin ki, öz-özünüzə hesabat vermək imkanı qazanırsınız. Həftə ərzində gördüyünüz işlərin, reallaşan fikirlərinizin və yaxud da itirib tapa bilmədiklərinizin yaratdığı ovqatı canınıza təkrar hopdurur, təkrar yaşadırsınız. Mən bunu təbii qəbul edirəm. Adətən hər günün sonunda yaşadıqlarımı, eşitdiklərimi, gördüklərimi heç kimə demədən, heç kimə hiss etdirmədən yalnız Allahla özümün aramda yenidən vərəqləyirəm, yenidən saf-çürük edirəm. Bu artıq məndə kök salmış, oturuşmuş bir adətdi, vərdişdi. Bilmirəm, nə qədər faydalıdı. Ancaq onu bilirəm ki, həmin o, Allahla özümün aramızda olan vaxt zamanında saf-çürük etməyim məni sabaha azacıq da olsa hazırlayır. Daha doğrusu, sabahkı işlərimə bünövrə olur, zəmin yaradırg
Deməli, başa çatmaqda olan həftə ərzində mənim üçün ən kədərli məqamlardan biri kəndimin, doğulduğum rayonun, bütövlükdə Qarabağın işğalı ilə bağlı faktları yenidən araşdırmaq, yenidən onlarla qarşı-qarşıya gəlməyim oldu. Qaradağlı faciəsinin fonunda Tuğun da, Xocavəndin də, Salakətinin də, Malıbəylinin də, Xocalının da, bir sözlə, bu gün işğal altında olan o doğma yerlərin hər birinin necə işğal olunduğunu və nələr itirdiyimizi sanki indicə baş vermiş kimi ürək ağrısı ilə xatırladım, yaşadım. Tuğda itirdiklərimin - Amilin, Oqtayın, Vahidin, Əlinin, İbişin, Teyyubun, Elşadın və digərlərinin Xocalıda şəhid olan doğmalarımın, hələ də izini-sorağını tapa bilmədiyim, ölüb-qaldığından xəbərdar olmadığım qan-can qohumlarımı bir də yada saldım. Çöhrələri gəlib dayandı gözlərimin önündə, səsləri qulaqlarımda eşidildi, hərəkətləri yadıma düşdü. Bir sözlə, mənim üçün ölməyən, əslində ölümü öldürən bu adamlar üzbəüz oturub həmsöhət oldularg
Bu həftə telefonuma gələn bir zəngdə mərhum şair dostum Vahid Əlifoğluyla bağlı xatirələri dinləyib onun dünyadan vaxtsız köçməsini təzə və əbədi bir itki kimi yaşamaqla bu dünyada qalan sözünün işığına üz tutdum. Yazılarını, şeirlərini oxudum, qızlarına zəng çaldım və bir də telefonumun şəkil yaddaşında saxladığım başdaşını zaman-zaman göz qırpmadan seyr etdim. Başdaşındakı şəklinə həmişəki və təkrarı məni yormayan sualları ünvanladım, amma cavab gəlmədi. Və beləcə bu həftənin ağır yükü altında köməyimə çatan dostların təzə yazıları, mənə hədiyyə edilmiş bir-birindən maraqlı kitablar oldu. Və bir də mənim üçün qələm dostum Məzahir Əhmədoğlunun vasitəsilə kitablarını oxuyub oxuculara təqdim etdiyim Vaqif Alıyevin təşəkkür dolu diqqətin yaratdığı ovqat oldu. Deməli, bu dünyada hələ səmimiyyət və diqqət bitib tükənməyib. Var, yaşayır və yəqin ki, hələ müəyyən bir zaman kəsiyində də mövcud olacaq.
Bəli, bu həftənin içərisində sözünü həmişə böyük sözlərin sırasında gördüyüm mərhum Akif Səmədin yenicə çapdan çıxmış kitabı ilə də baş-başa qala bildim və şairin dostlarının, onun böyük sözünün təbliğatçılarının, havadarlarının ortaya qoyduqları bu kitabı oxuduqca candan, qandan, özü də vəyhlə gələn sözün həmişə urvatlı olduğunu, həmişə yaşadığını və sahibini də yaşatdığını təkrar anladım. İçimdən Akif Səmədə rəhmət duaları ilə yanaşı, bir səmimi qibtə hissi də gəlib keçdi. Etiraf edim ki, bu gün imkanlı, layiqli, anlayışlı varisi olmayan elə dəyərli insanlarımız var ki, onlar dünyanı cismani tərk edəndən sonra çox az-az hallarda yada düşüb xatırlanırlar. Şükürlər olsun ki, bu cür insanları yada salan, yaşadan və onların əməlini yenidən həyata qaytaran dostlar, təbliğatçılar, dəyər verənlər var. Zənnimcə bu, cəmiyyətimiz üçün son dərəcə nümunəvi bir haldır. Kaş bu cür insanların, bu cür təəssübkeşlərin sayı hər gün artsın!
İndi qarşımdakı dəftəri vərəqlədikcə həftə ərzində məni özünə çəkən və yaxud da məndə özünü tapan duyğuların şeirə çevrilib misralaşan məqamlarını əvvəl özüm üçün pıçıldayıram, sonra da bilgisayar üçün. Çünki öz-özümə pıçıldadıqlarımı ancaq Tanrı eşidir. Amma hərdən mənim də içimdən hamı tərəfindən eşidilmək gəlib keçir. Buna haqqım çatsa da, çatmasa da.
can atıram alınmır
canım cansız ağrıyırg
yaralarım sarınmır
yaram qansız ağrıyırg
tək açılır hər danım
üzülürəm nə danımg
sənsiz ötən hər anım-
qalıb ansız ağrıyırg
pərən düşüb xəyalım
ötüb keçib bəy halım?!
necə dözüm, dayanım-
yar - amansız ağrıyırg
***
Mənə görə dünyanın ən ağır yükü, ən ağır dərdi bəlkə də ən böyük müşkülü haqqın nahaqqa verilməsi, yəni atın qənşərinə ət, itin qənşərinə ot qoyulmasıdı. İnsan bəlkə də bunu ilk anda hiss etmir, dəyərləndirmir və yaxud da bu hərəkətləri mexaniki olaraq edir. Sonradan fərqinə varanda anlayır ki, otu ata, əti itə verməli idi. Amma həmin anlamaq artıq heç nəyə yaramır, yəni qatar getmiş olur. Nə qədər onun arxasınca baxrısan bax, nə qədər başına-dizinə döyürsən döy, o qatar geri dönməyəcəkg
Burda söhbət həmin o andan gedir. Əslində bütün qatarlar istənilən mənzil başına çatıb yenidən hərəkətə başladığı vağzala - perrona qayıdır. Lakin qatar həmin qatar olsa da, an həmin an olmur. Ona görə də qatar tərpənməmiş, çarxlar hərəkətə düşməmiş o anı qiymətləndirmək, o zamanı dəyərləndirmək lazımdı. Əks halda, geçikmək, ləngimək yumuşaq desək, itirməkdi. Bu itkini isə tapıb yerinə qoymaq, əvəz etmək mümkün deyil. Bu günə qədər kimsə itən vaxtı tapıb yerinə qoya bilməyibg
Sözümün canı ondadı ki, gözümün işığı olan bu Azərbaycan adlı məmləkətdə hərdən qəribə-qəribə hadisələr baş verir. Sizli-mənli bu hadisələri kənardan müşahidə edirik və yaxud da hadisələrin iştirakçısına çevrilirik. Hətta vaxtımız qalmır bu hadisənin hardan, nədən qaynaqlandığını və bizim onun içərisində nə axtardığımızı öyrənməyə. Biz o vaxtı öyrənirik ki, onda dizimə daş dəyir, yəni atalar demiş, "daş dəydi dizimə, ağlım gəldi özümə". Amma özümə və yaxud da özümüzə gələn ağlımız uzun zaman o daşın ağrısını yaşamalı olur. Hətta bəzən o daş dizə elə dəyir ki, sındıra da bilir, əlil edir. Bunun özü də başqa bir mövzudu. Neyləyək ki, bizim məşhur şeirlərin birində deyildiyi kimi, "başqa bir şəhərimiz yox"!!! Əgər olsaydı, təəssüf hissinin çəkisini, ölçüsünü, dərəcəsini müəyyən qədər azaltmaq olardıg
Qarın Bakıya gətirdiyi problemlərin içərisində sola-sağa var-gəl edən məmur tanışlarımdan biri özündən asılı olmadan qeyzlə dedi:
- Əşi, heç deyən lazımdı ki, qar yağsın? Qurban olum Allaha, qarı dağlara yağdırmır, gətirib Bakıya yağdırır. Guya işimiz-gücümüz azdı, indi də əlimizə bel alıb qar təmizləyirik?..
Mən onun əsəbini müəyyən qədər anlasam da, amma məntiqini qəbul edə bilmədim. Çünki yer üzünün bütün künc-bucaqları kimi Bakı da Allaha məxsusdu, Allahın ixtiyarındadı. Hakimi mütləq olan Allah qərarı da özü verir. Qarı hara və nə vaxt yağdırmaq onun iradəsindən asılıdır. Hansısa bir məmurun deyinməsi, özündən çıxması ən yaxşı halda elə onun özünün deyinə-deyinə qalmasından başqa bir şey deyil. Çünki nə o sual, nə də o səsin tonu heç hara gedib çatmır və heç kimə də maraqlı görünmür. Bu dünyada ən maraqlısı odur ki, qar da, yağış da, çovğun da, Günəş də ilin istənilən fəslində Allahın iradəsiylə yer üzünə səpələnir. Bax, maraqlı budur. Şəxsən mən doğulduğum kənddə may ayında necə gözəl qar yağdığını indi də xatırlayıramg
Hə, bu məmləkətin söz adamlarının bəziləri fikirlərini kağıza köçürəndə onun alt qatına fikir vermirlər. Düşünmürlər ki, yazılan söz ifadə etdiyi mənalarla birlikdə sahibini də ortaya qoyur. Əgər həmin tərəflər bir-birini tamamlayırsa, onda söz də, onun sahibi də bütöv görünür. Yox, fərq ortaya çıxırsa və yaxud uzaqdan çağırırsa, onda nə sözə, nə də onun sahibinə baş qoşan olmur. Mən də düşünürəm ki, sözün bolluğunda axtarıb heç kimin ağlına gəlməyən sözü axtarıb tapmaq, gün işığına çıxarmaq heç də asan iş deyil. Bu işin dalınca düşdünsə, gərək qətiyyətin, dözümün və xüsusilə inadın, səbrin sonsuz olmalıdı. Yoxsa xırda bir təsir, kiçik bir laqeydlik, ötəri bir istehza ilhamı küsdürə bilər. İlhamın küsməsi isə qələmlə kağızı bir-birinə həsrət qoyur.
yaman küsdürdün məni
bircə anda özündən
çəkib endirdin məni-
ucalığın gözündəng
düşdüm köhlən atımdan
adım çıxdı yadımdan
ağrıdım hər qatımdan-
keçib gedən sözündəng
nə səs çıxdı, nə səmir
qəlbimi sükut dəlirg
su aparır bu xəmir-
naşılığın üzündəng
bir səmt göstər oturum
ildırımı ötürümg
bir az çınqı götürüm-
ocağının közündəng
***
Yadımdadı, 20 Yanvar faciəsinə qədər hər kəsin, xüsusilə cavanların səbirsizliklə gözlədiyi bir gün də var idi. Yəqin ki, hiss etdiniz söhbət hansı gündən gedir. Əgər yadınıza düşmədisə, hiss etmədinizsə gəlin, mən sizə xatırladım. Bir vaxtlar fevralın 14-nü - Segililər günü (Valentin günü) kimi maraqlı, dəbdəbəli bir şəkildə qeyd edirdik. Sevənlərin görüşünə bir bəhanə olan həmin gün maraqlı anlarla, qarşılıqlı anlayışla, xüsusilə hədiyyələrlə yadda qalırdı. Lakin 20 Yanvar şəhidlərinin, xüsusilə, İlham və Fərizənin faciəsindən sonra Sevgililər günün - yəni 14 fevral tarixinin qarşısında qırmızı işıq yandı.
Təbii ki, bəzi müqəddəs dəyərləri təkcə konkret bir tarixlə bağlamaq, yalnız həmin tarixlə xatırlamaq o qədər də doğru deyil. Bax, bu mənada 14 fevralın bəxtinin gətirməməsi çox da böyük faciə sayıla bilməz. Zənnimcə, ən böyük faciə həqiqi Sevgilərin, həqiqi Sevənlərin, həqiqi Sevginin get-gedə azalması, xərclənib qurtarması, maddiləşməsi, oyuncağa çevrilməsi və ən vacibi isə internet səhifələrində çatlaşa-çatlaşa partlamaya düşməsidi. Yəqin "partlamaya düşməni" anladınız. Çatda sevgilər o qədər odlu-alovlu, atəşli olur ki, bir də görürsən kompüteri də söndürürgsonra da tərəflərdən biri də sönür və yaxud da ikisi də. Həmin o "sevgililərin" sevgisi də ölür, günü də. Bax, bu mənada fevralın 14-nün indi əvvəlki təmtəraqla, əvvəlki həyəcanla qeyd edilməməsi faciə sayıla bilməz. Ən azı çatdakı sevgilərə görəg
Bəli, amma elə günlər, elə tarixlər də var ki, o hər kəs üçün fərdi qaydada daha doğma, daha əzizdi. Tutaq ki, kimsə yanvarın 1-də və yaxud martın 20-də, 8 martda, lap elə fevralın 14-də doğulubdusa, bu, onun üçün ikitərəfli əziz və yaddaqalan gün hesab olunur. Həmin əlamətdarlığın çox kiçik bir hissəsi olan ad günü pafoslu desək, bayramın bayrama, şənliyin şənliyə qarışmasıdır. Əvvəldə dediyim kimi, 14 fevralın ikiqat bayram olması anlayışı 20 Yanvar faciəsindən sonra bir az arxa plana keçdi, necə deyərlər, adiləşdi.
Bu da bir xatırlatma. O ki, qaldı içimdən gələn və əslində ən böyük sevgilərə ünvanlanan xatırlatmayagOnu yəqin ki, bu misralardan tuta biləcəksiniz:
mən zəng gözlədim
bütün günü
sən isə
guya başın qarışdı-
işlərin çoxluğundan
unutdung
mənimlə
şəklin danışdı
sirr verdi
mənim
sənin üçün
yoxluğumdang
və
bu qəfil xəbər
Günəş tək
yardı buludu
kirpiklərimi qurutdug
mən hələ də
zəng gözləyirəm
sənin də
hələ də
işlərin çoxdu
mənim gözləməyimin
sənin işlərinin
ortada qalıb
əzab çəkən
sevgiyə
heç dəxli yoxdu!..