adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2015 12:45
3822
SİYASƏT
A- A+

Həmyerlimizə Dövlət Dumasında vəzifə verilib

Ümumrisiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva Vilayəti üzrə katibi Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin ekspertlər şurasının üzvü seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR”-a bildirilib ki, "Xalqlar Dostluğu” fondunun təsisçisi və rəhbəri, "Günay” kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, elm xadimi, professor, Dumanın Milli Məsələlər üzrə katibi Hacımət Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub. Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsi dövlət və ictimai blirlilərin elmi təşkilatlarını birləşdirir.

Qeyd edək ki, Azərbaycan diasporunun fəal nümayəndələrindən biri Araz Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibəltərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.