adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Iyul 2015 12:31
3062
MƏMLƏKƏT
A- A+

Arif Paşayev və Roald Zinnuroviç Saqdeyev “Azərkosmos” ASC-də olublar

 Kosmik Məsələlər üzrə Şuranın sədri və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun uzun illər direktoru olmuş və hazırda ABŞ-ın Merilənd Universitetinin professoru, akademik Roald Zinnuroviç Saqdeyev "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.
 
Adalet.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı akademiklərə "Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, ƏYPİM-in fəaliyyəti və şirkətdəki kadr hazırlığı barədə geniş məlumat verilib.
 
Qafqazın ilk peyk operatoru olan "Azərkosmos”un formalaşmasında, eləcə də ölkəmizdə kosmik proqramın inkişafı sahəsində dəyərli rolu olmuş akademik Arif Paşayev "Azərkosmos”un fəaliyyətindən məmnun olduğunu qeyd edib və şirkətin gələcək fəaliyyətinə dair tövsiyələrini bildirib.
 
Akademik Saqdeyev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini  və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib.