adalet.az header logo
  • Bakı 21°C
03 Iyul 2015 11:09
2791
SİYASƏT
A- A+

ATƏT Parlament Assambleyasında dostlarımız çoxdur - Deputat

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

ATƏT Parlament Assambleyasının (PA) iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində "dondurulmuş” münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb.

ATƏT PA-nın rəsmi saytına istinadən verilən məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə "Cənubi Qafqazdakı münaqişələr” adlı hissə yer alıb.

Maraqlı məsələlərdən biri də ATƏT-in Bakı ofisinin bağlanmasından sonra bu qurumun Azərbaycana olan qərəzli münasibətidir.

Hətta sessiyada bununla bağlı ciddi müzakirələrin aparılacağı da deyilir.

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib ki, bu məsələnin qalxması mümkündür: "Ola bilsin ki, müəyyən fikirlər səslənər və o zaman da biz onların cavablarını verəcəyik. ATƏT və digər beynəlxalq təşkilatlar ölkələri tənqid etməyə öyrəşiblər, o cümlədən də Azərbaycanda keçirilən yüksək səviyyəli I Avropa Oyunlarını görür və qısqanclıq keçirirdilər, paxıllıq edirdilər. ATƏT Parlament Assambleyasında bizə qarşı münasibət hər zaman yaxşı olub. Orada dostlarımız çoxdur, münasibətlərimiz var. Bizi də Qarabağ konflikti ilə əlaqədar orada dəfələrlə dəstəkləyiblər”.