adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2015 11:09
1741
MƏMLƏKƏT
A- A+

Ötən il Vərəmdən 372 nəfər ölüb

Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb.


Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.

Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.

Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.