adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Iyul 2015 11:06
2495
SİYASƏT
A- A+

Qənirə Paşayeva kənddə kitab aksiyası keçirdi

Millət vəkili Qənirə Paşayeva Tovuzdaön cəbhədə yerləşən Əlibəyli kəndində uşaqlar üçün kitab bayramı təşkil edib. Adalet.az-ın məlumatına görə, bir sıra kənd ziyalılarıbu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub vəkitabla bağlı uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib.

Tədbirdə TUSİAB-ın sədri Yavuz Keleş, təşkilatın nümayəndələri, Tekfen şirkətinin nümayəndələri də iştirak edib və uşaqları təbrik edərək onlara öz arzularını bildirib, uğurlar diləyiblər.Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu diləgətirən QənirəPaşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşüəhəmiyyətli hesab etdiyini vurğulayıb vəonların hər birinəhəyatda arzularına çatmalarını diləyib. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, bu kəndlərdən çoxlu şəhid qəhrəman oğullarımız var və gənclərimizə onların Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq. Millət vəkili QənirəPaşayeva bildirib ki, bir insanın inkişafı vəgələcəyində onun təhsili, bir peşəsahibi olması çox böyük önəm daşıyır vəuşaqlarımız oxumağa, öyrənməyə, bir peşəsahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilədəsavadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsindəvədünyagörüşümüzün formalaşmasında mütaliəxüsusiəhəmiyyət kəsb edir.Q.Paşayeva gənclərin mütləq bir peşəsahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi,ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyəedib vəkitablara, oxumağa, mütaliəyəmeyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Uşaqların hər birinəözünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı jurnalları da hədiyyəedən millət vəkili QənirəPaşayeva uşaqların yay tətilinəburaxılmasına toxunaraq onları bu zamanı faydalı istifadəetməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyəçağırıb. Uşaqları yay tətili dövrlərindəxarici dillərlədəxüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili QənirəPaşayeva onlara, özəlliklətariximizləbağlı kitabları vəAzərbaycanədəbiyyatını daha geniş mütaliəetməyəsəsləyib. Millət vəkili onları təhsillərinəböyük önəm verməyə, zamanlarını mənasız işlərəayırmamağa çağırıb.Millət vəkili onları təhsillərinəböyük önəm verməyə, zamanlarını mənasız işlərəvəya verlişlərə, teleseriallarra, şou proqramlarınaayırmamağa çağırıb. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elməvəkitab oxumağın meyilli olmasıəsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.Millət vəkili QənirəPaşayeva gənclər arasında zərərli vərdişlərənarkomaniyaya, siqaretə, qumar oyunlarına aludəolan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib vəgəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.

Görüşün sonunda Q.Paşayeva müəllimlərədəmüəllifi olduğu kitabları imzalı hədiyyəetməkləyanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyəedib.