adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyul 2015 10:12
1338
HADİSƏ
A- A+

Suraxanıda 3 maşın yandı

Bu gecə Bakının Suraxanı rayonunda üç avtomobil yanıb.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər bir halda isə Suraxanı rayonunda vətəndaşa məxsus "Hyundai” markalı minik avtomobilin mühərrik hissəsi yanıb.

Üçüncü hadisə də elə Suraxanıda baş verib – rayonun ərazisində vətəndaşa məxsus "PRADO” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb.

Qeyd edək ki, hər üç hadisə gecə saatlarında baş verib.