adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Iyul 2015 21:37
2918
İDMAN
A- A+

Millimizin rəqibləri müəyyənləşdi

Futzal üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

İkinci qrupda yer alan yığmamız Xorvatiya və Belarusa rəqib olub. Azərbaycan millisinin son rəqibi ilkin mərhələnin qrup oyunlarından sonra müəyyənləşəcək.

Bu ilin oktyabr ayında keçiriləcək oyunlardan sonra B qrupunun qalibi yığmamızın son rəqibi olacaq. B qrupunda Yunanıstan, İsveç, Monteneqro və San Marino komandaları qərarlaşıb.

Qeyd edək ki, ilkin mərhələnun oyunları bu il, 22-25 oktyabr, əsas mərhələnin görüşləri isə 10-13 dekabrda keçiriləcək.


 

İlkin mərhələnin qrupları:

A qrupu: Moldova, Gürcüstan, Andorra, Cəbəllütariq

B qrupu: Yunanıstan, İsveç, Monteneqro, San Marino

C qrupu: Fransa, Litva, Albaniya, Malta

D qrupu: Estoniya, Latviya, Kipr, Ermənistan

E qrupu: İngiltərə, Danimarka, İsrail, Uels

F qrupu: Finlandiya, Bolqarıstan, İsveçrə

 

Əsas mərhələnin qrupları:

1-ci qrup: Ukrayna, Macarıstan, Belçika, E qrupunun qalibi

2-ci qrup: Xorvatiya, Azərbaycan, Belarus, B qrupunun qalibi

3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, F qrupunun qalibi

4-cü qrup: İspaniya, Hollandiya, Bosniya və Hersoqovina, D qrupunun qalibi

5-ci qrup: Çexiya, Sloveniya, Qazaxıstan, C qrupunun qalibi

6-cı qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç

7-ci qrup: İtaliya, Slovakiya, Makedoniya, A qrupunun qalibi