adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2015 21:22
3359
İQTİSADİYYAT
A- A+

Qızıl sürətlə ucuzlaşır

Yunanıstandakı iqtisadi böhran etibarlı maliyyə aktivi olan qızıla tələbatı artıra bilməyib. "Mitsubishi UFJ Financial Group"un iqtisadi təhlilçiləri hesab edirlər ki, yunan böhranı artıq qızılın qiymətində öz əksini tapıb. Ekspertlərin fikrincə, böyük ehtimalla qızılın qiymətinin yüksəlməməsi Yunanıstanın real olaraq defolta düşməyəcəyi və Avrozonadan ayrılmayacağından irəli gəlir. Çünki tarix göstərir ki, bu tip situasiyalar adətən son anda müsbət həll olunur. 


Adalet.az-ın Report-a istinadən məlumatına görə, UBS bankda isə hesab edirlər ki, Yunanıstan avro bölgəsindən ayrıla bilər və bu zaman qızıla tələbat yaranacaq. Amma bu tələb zəif və qısamüddətli olacaq. Daha sonra bank təhlilçiləri qeyd ediblər ki, son zamanlar maliyyə bazarları artıq mənfi xəbərlərə qarşı immunitet qazandıqları üçün qızıl bu tip hadisələrə kəskin reaksiya vermir. Qızılın yüksəlməsi üçün həqiqətən maliyyə bazarlarında risk yarada biləcək hadisələr baş verməlidir.

Qeyd edək ki, qızılın unsiyası (31,1 qram) mayın 17-də 1 232 dollar qiymətindən azalmağa başlayıb və hazırda 1 163 dollara düşüb. Qızılın maksimum qiyməti 2011-ci il sentyabrın 4-də olub və 1 911 dollar/ unsiya təşkil edib. Təhlillər onu göstərir ki, qızıl 1 130 dollardan aşağı enərsə tezliklə 1010 dollara, daha sonra isə qiymət hətta 680 dollara qədər geriləyə bilər.