adalet.az header logo
  • Bakı 20°C
02 Iyul 2015 20:36
1665
GÜNDƏM
A- A+

Zakir Həsənov Litvada bir sıra görüşlər keçirib

Litvada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib. 

Adalet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Litva Hərbi Məktəbini ziyarət edən Z.Həsənov təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.
Sonra Müdafiə naziri NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. 
Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib. 
Müdafiə naziri Azərbaycanın NATO-nun aktiv tərəfdaşlarından biri olduğunu, Litva Silahlı Qüvvələrində həyata keçirilən islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. 
Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.