adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Iyul 2015 18:33
2608
MƏMLƏKƏT
A- A+

Bölgələrdə protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti gələn həftə Neftçala, Salyan, Hacıqabul, Sabirabad rayonlarında və Şirvan şəhərində davam etdiriləcək. 

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, iyulun 8-də saat 9:00-dan 12.00-dək Neftçala rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 13.00-dan 18:00-dək Salyan rayon ƏSMM-nin inzibati binasında, iyulun 9-da saat 9.00-dan 13:00-dək Hacıqabul rayon ƏSMM-nin inzibati binasında və saat 14:00-dan 18:00-dək Şirvan şəhərindəki Əlillərin Bərpa Mərkəzində ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Növbəti gün, iyulun 10-da isə saat 9.00-dan 16.00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında bu təbəqədən olan şəxslərə  protez-ortopedik bərpa xidməti göstəriləcək.

Onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin ediləcəklər.