adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyul 2015 18:27
6243
KRİMİNAL
A- A+

Bakıda müəmmalı intihar

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 3, ev 15 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Firuz Balahüseyn oğlu Dadaşov özünü qaz borusundan asaraq öldürüb...

Milli.az-ın əldə etdiyi məlıumata görə, F.Dadaşov iki uşaq atasıdır. Kasıb həyat tərzi keçirsə də, ciddi problemi olmayıb. Bu gün ailə üzləri onun evdə olmadığını görüb həyətə çıxıblar. Elə evin darvazasındakı qaz borusunda onun asılmış meyitini görüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.