adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

YENi GüN

OQTAY SALAMOV
23946 | 2012-02-11 08:46
Üstünüzə sağlıq, ilin ilk soyuqlama kompaniyasına imza atmışdım. Özünü tərifləmək olmasın mən qoşulduğum işə ürəklə girişirəm, bir həftədir soyuqlamışam, isidə bilmirəm. Dostum Babək Yusifoğlunun sözü yadıma düşdü: Bir dəfə möhkəm xəstələnib üç ay yataqda olubmuş. Qohumlardan biri soruşur ki, çoxdandı görünmürsən, xeyirdimi? Babək guya qohumuna diqqətsizliyini xatırlatmaq üçün deyir:- hə, üç ay yerimdən qalxa bilməmişəm, yataqda o dünyamla əlləşirdim. Qohum qınağı duymayıb. Əksinə qibtəsini gizlətmədən deyib: -Bəxtəvər, əməllicə istirahət eləmisən...
   
   
   
   Heç kimə belə "istirahət"i arzulamıram...
   
   
   
   Qocalar evində, hamı tərəfindən atılmış, qoca qarıdan soruşurlar ki, yeni gündən nə gözləyirsiniz? Qadın ətrafdakılara diqqəti və xoşniyyətliliyi ilə seçilirdi. Əsasəndə xəstələrə və deyingənlərə qarşı diqqətli idi. Hə, qadından soruşurlar ki, yeni gün sizin üçün nə deməkdir? Qadın cavab verir ki, "Yeni gün mənim üçün hədiyyədir və mən bu hədiyyəni ətrafımdakılarla bölüşürəm. Mənə elə gəlir ki, başqalarına kömək etməklə mən səhhətimin pis olmasına baxmayaraq təzə dünya qazanıram. Və bu dünya gözəldir...
   
   İnana bilmədim. Bəlkə də reklamdır. Amma nəyin reklamı? Bəlkə dünyanın düşüncəsi ilə bizim dünyagörüşümüz arasında fərqlər özünü göstərir? Kanadadan göstərilən verilişə fikir vermisiniz? Adamların başına min oyun açırlar,heç kim də cırnamır, əsəbiləşmir, hələ gizli karemanı görəndə qəşş edib gülür, zarafatdan ləzzət aldığını məmnuniyyətlə nümayiş etdirir də. Yəni xaricdəkilər bizdən nikbindir? Yox, yəqin bizim ciddi mentalitetimizdəndi. Biz barmağa gülən deyilik axı. Həm də biz özümüz başqalarını ələ salanıq, başqalarını dolayanıq, kimin "duxu" nədi ki, bizi dolasın, bizi ələ salsın?
   
   Deyirəm, bizim bu ciddiliyimizlə, ağırtaxtalığımızla xaricdəkilərdən nəyimiz əskikdir ki, yeni gün haqda düşünəndə ağlımıza ilan-qurbağa gəlir, hə? Bilirsiniz maraqlısı nədir? Sabahki günün doğrudan da yeni gün olmasına inanların sayı həmişə variantlar arasında çoxluq təşkil edir. Dünya donur, bir tərəfini su basır, o biri tərəfini torpaq sürüşmələri, yanğınlar, sunamilər bürüyür, yenə də sabahkı günü yeni gün sayanların sayı çox olur. Bəlkə doğrudan da dünya nikbinlərin çiynində qərar tutur?...
   
   Bəs sizin üçün sabahkı gün necə gündür? Son günlərin olaylarını nəzərə alanda, qazı, işığı, suyu olmayan, qloballaşan istiləşmə prosesində dişi-dişinin üstündə qərar tutmayan, nəinki küçədə, hətta evinin içərisində donmaq təhlükəsi qarşısında qalan, üstəlik də bütöv bir buket xəstəlikləri olan adamlar, sizin üçün yeni gün hədiyyədirmi?
   
   Rəyi soruşulanların böyük bir faizi, 40 faizi yeni günün hədiyyə olmasını qeyd ediblər. 11 faiz yeni günün "ölümə daha bir gün yaxınlaşma" kimi qiymətləndiriblər. Məncə bu faizə xəstə, köməksiz və yaşının kritik həddə yaxınlaşmış adamların cavabları daxil edilib. Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq gənclər yeni günün hədiyyə olmasınıdan danışarlar...g
   
   Kimin üçünsə yeni gün yeni əzablar, acılar və iztirablar günü olur. Belə adamların dərdlərini təzələməyin yeri varmı?..
   
   Rəyi soruşulanların 17 faizi deyib ki, yeni gün yeni problemlərlə mübarizələr günüdür. Məncə ən dəqiq rəy elə budur.Elə yaxşı mənada da, pis mənada da problemlərin yeniləşməsi, daha doğrusu onlara həsr olunan gün elə yeni gün olur. Nəticəsi necə olmasından asılı olmadan bu gün hədiyyənin bir növü olur...g
   
   15 faiz öz variantlarını qeyd ediblər. Deməli, adamların 15 faizinin problemləri ümuminin dərdlərinə daxil deyilmiş. Qətiyyən qınamalı deyil. Bu tufanda, dondurmada 4-cü mikrorayondan taksi tutub səhər saat 9-da ANS-in "Günəbaxan" verilişinə iştirakçı kimi gələn xanım sözsüz ki, öz problem variantını təklif etməlidi...
   
   Bəlkə də bu yazının əsas səbəbi indi deyəcəyim 10 faiz adamın yeni günün "Köməyə ehtiyacı olan yaxınların dəstəklənməsi" məqamı olmasını qeyd etməsidir. Doğrudanmı rəyi soruşulanların 10 faizi yeni günün yaxınlarına diqqət, qayğı, sayğı göstərməsi - yeni gündür? Yəni doğrudan da bu haqda düşünənlər var? Özü də düz 10 faiz? Nə çoxdur, ilahi! Nə azmış, Allahım!
   
   Yeni güng yenig gün...

TƏQVİM / ARXİV