adalet.az header logo
  • Bakı 7°C
02 Iyul 2015 09:40
51426
GÜNDƏM
A- A+

ÜÇ QARABAĞ ŞAİRİ

XIX əsr Qarabağ ədəbi mühiti haqqında bir sıra tədqiqatlar qələmə alınıb və bu əsərlərdə həmin ədəbi mühitə şöhrət gətirən istedadlı şairlər haqqında da söhbət gedib. Xatırladaq ki, Qarabağda "Məjlisi-üns" ("Dostluq məjlisi") və "Məjlisi-fəramuşan" ("Unudulmuşların məjlisi") fəaliyyət göstərirdi. Ədəbiyyatın bu şəkildə, məjlislərdə inkişafı XIX əsrdə təbii və qanunauyğun idi, təkjə Qarabağda deyil, Şamaxıda, Bakıda, Qubada, Naxçıvanda, Gənjədə də belə ədəbi məjlislər vardı. Bu məjlislər şeir-sənət ojağına çevrilmişdi, şeirlər oxunur, oradaja müzakirə olunur, sonra yayılmağa başlayırdı. Sovet dövründə yazılan bəzi dərsliklərdə, elmi əsərlərdə belə bir yanlış fikir irəli sürülürdü ki, guya XIX əsrdə ədəbi məjlislər anjaq epiqonçu şairlər yetirmişdir. Halbuki, XIX əsrdə yetişən ən istedadlı şairlər məhz ədəbi məjlislərdə parlamışlar. "Divani-hikmət"də Mirzə Şəfi Vazeh, "Gülüstan"da A.A.Bakıxanov, "Ənjümənüş-şüəra"da M.Sidqi, F.Ordubadi, "Fövjül-füsəha"da Qasir, "Beytüs-səfa"da S.Ə.Şirvani, Bahar, Bixud, Naseh kimi görkəmli şairlər ədəbiyyat tariximizdə silinməz izlər buraxmışlar. Qarabağda ilk ədəbi məjlisin yaradıjısı Xurşidbanu Natəvan (1832-1897) olmuşdur. Əsasən Natəvanın sarayında fəaliyyət göstərən bu ədəbi məjlis onun vəfatına qədər davam etmişdir. Qarabağda ikinji belə bir ədəbi məjlis isə 1872-ji ildə şair və alim Mirzə Möhsün Nəvvabın təşəbbüsü ilə yaradılmış, XIX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmişdir.
Tədqiqatçı alim, filologiya elmləri namizədi Raqub Kərimov XIX əsr Qarabağ ədəbi məjlislərinin fəaliyyətinini, orada parlayan şairlərin yaradıjılığını bir neçə monoqrafiyada və tərtib etdiyi kitablarda əks etdirən bir tədqiqatçı kimi tanınır.Onun "Abdulla bəy Asinin həyat və yaradıjılığı" monoqrafiyasını (bu kitabda oxujular Asinin şeirləri ilə də tanış oldular), həmçinin Qarabağ şairlərindən Sədi Sani Qarabaği" və Məşədi Məmməd Bülbülün əsərlərini çap etdirməsi klassik ədəbiyyatımızın təbliği və nəşri sahəsində çox dəyərli işlər kimi qiymətləndirilməlidir.
Abdulla bəy Asi (1841-1874) böyük şairimiz Qasım bəy Zakirin qız nəvəsi olmuşdur. Atasını (Əli bəy Fuladovu) erkən itirmiş, əsasən babası Zakirin himayəsində yaşamışdır. Asi mükəmməl təhsil görmüş, ərəb, fars və rus dillərini, həmçinin jığatay dilini də gözəl bilirmiş. R.Kərimov onun 34 illik qısa, amma çətin, məşəqqətli ömür yolunu diqqətlə izləməyə çalışmış, məlum mənbələrdən yetərinjə faydalanmışdır. Asi rus dilini yaxşı bildiyi üçün dövlət idarələrində çalışmış, katiblik rütbəsinə çatmışdı. Onun təxəllüsü haradan yaranıb? Tədqiqatçı bunu belə dəqiqləşdirir ki: "Ərəb mənşəli bu söz əsasən iki mənada işlənir: 1) itaət etməyən, baş əyməyən, üsyankar; 2) günahkar, günah işlədən, çılğın. Bizim fikrimizjə, Abdulla bəy məhz özünü Allah qarşısmda günahkar hesab etdiyi üçün "asi" sözünün ikinji mənasına görə özünə "Asi" təxəllüsünü seçmişdir".Tədqiqatçıların, həmçinin R.Kərimovun da qeyd etdiyinə görə Asi şəraba meyl edirmiş, amma eyni zamanda, onun dini şeirlər yazdığı da məlumdur.R.Kərimov ən mötəbər mənbə kimi görkəmli ədəbiyyat tarixçisi F.B.Köçərlinin Asi haqqında fikirlərinə istinad edir və Asinin dövrün böyük şairi Seyid Əzim Şirvani ilə dostluğuna aid faktları xatırladır.
Asinin yaradıjılığını XIX əsr poeziyası kontekstində araşdıran müəllif haqlı olaraq qeyd edir ki, o dövrün poeziyasında heja şeiri ədəbi aləmə vəsiqə alsa da, hələlik ədəbi məçlislərdə qəzəl canrı səviyyəsinə ujala bilməmişdi.Qəzəl təbii ki, forma dəyişikliyinə məruz qalmamışdır, əsrlərdən bəri işlənən bədii təsvir vasitələri, qəzəldə işlənən sözlər lə eynilə qalırdı. Lakin Asi kimi şairlər gözələ, məşuqəyə, şəraba münasibətdə realist mövqedə dayanıb onları müjərrəd romantik aləmdəntəjrid edərəkreal zəmində oxujulara təqdim edirdilər. R.Kərimov A.Asinin Füzuli ədəbi məktəbinin davamçısı kimi təqdim edir və əlbəttə, haqlıdır. Füzuli təsiri Asinin məhəbbət mövzusunda olan qəzəllərində xüsusilə güjlüdür.

Ey səba, hali-dilim qıl türreyi-tərrarə ərz,
Eylə bu viranə mülkün şərhin sərdarə ərz.

İltimas etsəm qəmindən böylə bimar olduğum,
Sirrimə məhrəmdir, edərmi nərcizi-bimarə ərz.

Atəşin ruxsarın üzrə türfə güllər bulmuş,
Vəhi günü birdən olmuş guiya bu narə ərz.

Qaşların tağın görən yüz döndərir mehrabdan,
Eylər imanın səri-zülfün tutub zünnarə ərz.

Rəhm qılmaz çeşmi-məstin şərhi-hali-zarıma,
Eyləsəm zülfün sayınja gərçi ol xunxarə ərz.

Munja zülm, ey şux, qılma Asiyi-dilxəstəyə,
Axəri eylər əlindən Heydəri-Kərrarə ərz.

Asiyə həsr olunan kitabda onun jığatay dilində yazdığı şeirlərindən də nümunələr verilir.Bundan başqa Asinin müxəmməsləri, tərjibəndləri, jinaslı qəzəlləri, təjnisləri, bəhri-təvilləri, mərsiyə və növhələri, həjvləri, həmçinin fars dilində qələmə aldığı şeirləri də təqdim edilir. Asinin təkjə qəzəl yox, heja vəzinində qoşmalar, təjnislər yazması heç də təəjjüblü deyil. XIX əsr şairlərinin əksəriyyəti bu canrlara mürajiət etmişlər. Burada xalq şeirinin və əlbəttə, Vaqif, Vidadi və Zakir kimi şairlərin təsiri olmamış deyil.
Raqub Kərimovun ikinji kitabı "Məjlisi fəramuşan"ın üzvü Sədi Sani Qarabağiyə həsr olunmuşdur. Belə ki, indiyə qədər belə bir şair Azərbayjan oxujularına o qədər də tanış deyildi. Müəllif ilk dəfə olaraq son dərəjə oricinal bir şair olan Sədi Sanini klassik poexiya sərgisinə çıxarır. Sədi Sani Ağdamın Jinli kəndində dünyaya gəlmişdi. Mənbələrdə onun 1854-jü ildə anadan olduğu, 1879-ju ildə vəfat etdiyi göstərilir, amma R.Kərimov bu fikrin yanlış olduğunu sübuta yetirir. Sədi, onun fikrinjə, ən azı 40-41 il ömür sürmüşdür, yəni 1854-jü ildən ən azı on beş-on altı il əvvəl doğulmuşdur. Sədi Sani təhsilini Şuşada almış, sonralar Türkiyənin Amasiya şəhərində Hajı Mir Həmzə Seyid Nigarinin yanında olmuşdur. Klassik üslubda, Azərbayjan və fars dillərində gözəl şeirlər yazmışdır. R.Kərimov həm onun həyatı, həm ədəbi mühiti, həm də yaradıjılıq dünyası haqqında maraqlı bilgilər təqdim edir. Əlbəttə, o, M.M.Nəvvabın, Müjtəhidzadənin və S.Mümtazın fikirlərinə də istinad edir, bəzi yanlışlıqlara münasibətini gizlətmir. O, Səli Sani poeziyasının Füzuli ənənələri ilə bağlı olduğunu, lakin bu ənənədən yaradıjılıqla faydalandığını nəzərə çarpdırır. Onun qəzəllərində artıq XIX əsrin ab-havası duyulurdu, yəni bu qəzəllərə xəlqilik çalarları gəlirdi, yeni bədii təsvir vasitələri diqqəti jəlb edirdi. Həm də onun qəzəlləri şeir texnikası baxımından da zəngin idi. Xüsusilə, qafiyə texnikası bu şeirlərdə özünün yeni imkanları ilə üzə çıxırdı.

Saqiya, bir şur ilən gəl, şuriləndir məjlisi,
Bu xumarı rəf edib məxmuriləndir məjlisi.

Abi-tiqin təşnəsidir Kərbalayi-sinələr,
Qana çalxa aləmi, aşuriləndir məjlisi.

Hər "ənəlhəq" naləsi, bir tari-zülfündən gəlir,
Eylə bir dar aləmi, Mənsuriləndir məjlisi.

Gah ləbinlə qıl xitabı, gah gözündə qıl itab,
Gah şəfa bəxş eylə, rənjuriləndir məjlisi.

Gəlməsə bu məjlisə zahid, jəhənnəm, gəlməsin,
Sən qədəm bas, jənnət olsun, huriləndir məjlisi.

Daş atar, məjlis şikəst olmasın istər, Sədiyi,
Zahidi-bədbin gözündən duriləndir məjlisi.

Sədi Sani klassik vəzndə yazdığı şeirlərində uğur qazandığı kimi, heja vəznində də özünü sınamış və maraqlı nümunələr yaratmışdır.Tədqiqatçı göstərir ki, hansı vəzndə yazmağından asılı olmayaraq Sədi Sani şeirlərində ritm, ahəng çox qüvvətlidir Oynaqlığı, axıjılığı sədi şeirləri üçün başlıja məziyyət sayır tədqiqatçı və əlbəttə, haqlıdır. Məsələn, bir qəzəlində bu beytlərə diqqət edək:

Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,
Atdı mücgan oxunu janıma göyçək-göyçək.

Kipriyin çaldı, nəzər eylədi süzgün-süzgün,
Batdı tiri-mucəsi qanıma göyçək-göyçək.

Dəstə-dəstə tökülüb gül üzə tellər-tellər,
Çəkdi ləşgər dili-viranıma göyçək-göyçək.

Sədi Saninin kitabında onun qəsidələri, müstəzadları, tərjibəndləri, qoşma və təjnisləri, müsəbbeləri, müşairə və mənzumələri də təqdim edilir və bu şeirlərin düzgün oxunuşu üçün tədqiqatçı çox zəhmət çəkib. R.Kərimov Sədi haqqında yazdığı geniş və tutuslu məqaləsində onun dövrünün çox görkəmli ziyalısı olan Həsənəli xan Qarajadaği ilə dostluğu və onların məktublaşması barədə maraqlı bilgilər təqdim edir.
Raqub müəllimin tərtib etdiyi, ön söz yazdığı, həm də farsja şeirlərini tərjümə edib oxujulara çatdırdığı ğir kitab da var. Bu kitabda XIX əsrin başqa bir Qarabağ şairi Məşədi Məmməd Bülbülün şeirləri toplanmışdır. Məşədi Məhəmməd Kərbalayı İsmayıl oğlu Bülbül təxminən 1863-jü ildə Şuşada doğulmuşdur. Onun şairliyindən əlavə gözəl səsi vardı. O, bənzərsiz muğam ustası Jabbar Qaryağdı oğlunun böyük qardaşıydı. Raqub müəllim Məşədi Məhəmməd Bülbülün də həyatını, yaradıjılığını geniş təhlil edir, hətta bununla kifayətlənməyib iərhum tədqiqatçı Firuzə Həsənovanın da məqalsini kitaba daxil edir.
Məşədi Məhəmməd Bülbül də Füzuli ruhlu şair idi. Onun qəzəlləri və eləjə də qəsidələri, rübailəri bədii təsvir vasitələrinin zənginliyi ilə seçilirdi. Bir nümunə gətirək:

Divanəliyim dəhridə dildən-dilə düşmüş,
Bu eşqdir, eşqin işi axır belə düşmüş.

Bir dərddi, bu ki, yoxdu əzizim buna çarə,
Bu dərd yamandır, sözü Loğman ilə düşmüş.

Loğmana nişan verdilər eşqin mərəzini,
Baxdı, dedi:-Biçarə, işin müşgülə düşmüş.

Ey gül, gəlibən birjə mənimlə de, danış, gül,
Gül xar ilə həmdəmdi, fəğan bülbülə düşmüş.

Hər üç şairin yaradıjılığı ədəbiyyat tariximiz üçün maraqlıdır və çox güman ki, Ədəbiyyat İnstitutunun planlaşdırdığı on jildlik Ədəbiyyat tarixinin müvafiq jildində Asinin də, Sədi Saninin də, Məşədi Məhəmməd Bülbülün də yaradıjılığının təhlili öz əksini tapajaq.