adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Iyul 2015 18:23
4215
MARAQLI
A- A+

Ərəb şahzadəsindən inanılmaz qərar

"Forbes" jurnalının zənginləri sırasında 22-ci yerdə olan Səudiyyə Ərəbistanı şahzadəsi əl-Valid ibn -Talal əl-Səud sürpriz qərarı ilə kimini sevindirib, kiminisə heyrətləndirib. Bəlkə də inanmayanlar da tapıldı, amma şahzadə 32 milyard dollarlıq var-dövlətinin hamısını xeyriyyə işlərinə sərf etmək haqda qərar qəbul edib. Adalet.az xarici mətbuata istinadən bildirir ki, şahzadə qərarı ilə bağlı mətbuat konfransı keçirərək deyib ki, pulları xeyriyyə təşkilatlarının hesabına hissə-hissə köçürəcək.

Ərəbləri qadınların haqlarının tapdanmasında, qəddarlıqda qınayanların nəzərinə: 60 yaşlı şahzadə ilk növbədə qadın haqlarının müdafiəsi, eləcə də müalicəsi olmayan xəstəliklərin öyrənilməsi, sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan xeyriyyə təşkilatlarına və təbii fəalkət qurbanlarına yardım etməyi planlaşdırır.

Əl-Valid onu bu addımı atmağa sövq edən səbəbi söyləməsə də, qərarını ailə üzvlərinin də dəstəklədiyini vurğulayıb.