İsveç Avropa çempionu oldu
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.
Adalet.az-ın məlumatına görə, finalda İsveç və Portuqaliya yığmaları qarşılaşıb.
Matçın əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan İsveç millisi Avropa çempionu adını qazanıb - 4:3.
Qeyd edək ki, bu, İsveçin ilk Avropa çempionluğu olub.
Digər Xəbərlər
18 Aprel 2024 18:45