adalet.az header logo
  • Bakı 20°C
30 Iyun 2015 22:32
2786
DÜNYA
A- A+

TBMM sədrinin seçkisində ilk turun nəticələri bəlli olub

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisində ilk turun nəticələri bəlli olub.

Adalet.az-ın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz 256, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizəd Dəniz Baykal 125, Milliyyətçi Hərəkat Partiyasının namizədi (MHP) Ekmələddin İhsanoğlu və Xalqların Demokratiya Partiyasından (HDP) Dengir Mir Mehmet Fırat hərəsi 81 səs alıblar.     

 

Heç bir namizəd 367 səs toplaya bilmədiyindən 2-ci tur keçiriləcək. İkinci turda da seçilmək üçün 367 səs tələb olunur. Bu turda da qalib müəyyənləşməsə, iyulun 1-də 3-cü və ehtiyac yaranarsa, 4-cü turlar keçiriləcək.